Üstündən on gün ötdü. Qara at qapıya gəldi, Göyalının adamlar seyrəkləşən həyətinə girdi. Müqəssir oldu-olmadı, Ulduz divana gəlmişdi. Ulduzu görən ailə ağladı. Getdikcə gözləri genişlənən Qaratelin qəzəblə dolan gözləri yandı. Onun göz yaşları kirpiklərində qurudu. Ulduz özü ilə buraya başaçılmaz təzad gətirdi. Kimdə Ulduza qarşı kin, kimdə də gizli tərəhhüm doğdu. Kimi Ulduza Şükranın qanadları kimi, kimi də qəddar qatili kimi baxırdı. Götürüb baxanda hər iki tərəf öz-özlüyündə düz idi. Qara mozalanın qara hərəkətindən xəbərdar olmayan, qara daşın qabağında Ulduzu didə-didə qanını necə axıtdığını, necə hirsləndirib gözlərini qaraltdığını bilməyənlər Ulduzu yolundan azan, cızığından çıxan nankor bilirdilər. Bu nankoru da Şükranı qətlə çatdırmaqda ən ağır cəzaya, ən qəzəbli divanə layiq görürdülər. Heç bir başqa səbəb arayıb-axtarmadan bu atın məhvini, özü də Göylər kəndinin ortasında oxa tutulmağını, Göylər obasının itlərinə yedirdilməsini düzgün hesab edirdilər. Deyirdilər ki, qoy belə dönük çıxan Ulduza bundan da yaman divan tutulsun. Yoxsa ayrı cür heç kəsin ürəyi soyumayacaqdır...

Qapıya gələn qara ata hər kəs belə bir kinlə, nifrətlə baxıb udqunurdu. Bu ata tərəhhüm edənlər, bu qətli təsadüfi xata sayanlar, mozalanamı, milçəyəmi görə nallı təpiyə yol verilməyin nəticəsində belə bir bədbəxtlik baş verdiyini gümana gətirənlər öz fikirlərini gizləyirdilər. Gizlənənlər isə özlərini büruzə verir, hər kəs bu ata şəxsən divan tutmaq üçün özünü qabağa verməyə cəhd edirdi. Ələlxüsus da Göyalının yeznələri. Yeddi bacanağın yeddisi də bu atdan intiqam almaq üçün özlərini yeyib-tökürdülər. Lakin onlar unutmamışdılar ki, Göyalı necə də Şükranın ox, kamanını qəbrə qoymamağı təklif etdi, Şükranın ox, kamanı ilə bu atdan intiqam alacağını el qabağında elan etdi. Göyalının ürəyi az-çox soyusun deyə, bu atı oxa tutmaq, obanın içində də olmasa, bir qıraqda gəbərtmək, Göyən dərələrinin qurd-quşuna yem eləmək gərək idi. Bu gərək işi də ürəyi intiqam alovları içində yanan ata görməliydi. Onda bəlkə Göyalı az-az özünə gələ bildi? Əgər bu divanı oğlunu itirən bədbəxt ata oğlunun qatilinə tutsaydı, ümumin nəzərində insaflı, ədalətli iş olardı. Yoxsa döşünə döyən yeznənin heç birisinin burada yeri yox idi. Ümumin nəzərində yerinə düşərdi ki, Göyalı bu ata bir ox atdığı halda Qaratel də bir ox ataydı, ata-ana bəsdi deyincə bu qatil atı oxlayaydı. Onda bəlkə atanın da, ananın da ürəyi az-az soyuyaydı, nitqi tutulan ana az-az da olsa özünə gələrdi. Onda bəlkə ana həyatda sağ-salamat qalan qızlarını da, nəvələrini də nəzərə alardı, az-az toxtardı, dəli-divanə olmaq qorxusundan da sovuşardı. Yoxsa ayrı cür ananı geri qaytarmaq mümkün olmazdı.

Qaratel hal-huyla özündən çıxardı, Göyən düzənlərini ötüb alışdığı, kömək umduğu, indi də hiddətlə gözdən keçirdiyi Ziyarət dağına tərəf uzanan cığırla səs-səda sala-sala gedərdi. Onun müdhiş səsi Göyən düzənlərini, dərə-təpələrini doldurardı. Belə olanda nə onu tutmaq, nə də saxlamaq mümkün olardı. Axı Qaratel üçün ölümdən dəhşətli olan bir dəli-divanəlik onun genişlənən, hədə-hədəqəsindən çıxan gözlərindən oxunurdu. Bu ruhi gərginlik ağsaçlı Qarateldə öz aman-imansızlığını göstərirdi. Qaratel oğlu Şükrandan sonra, Şükranı qara torpağa tapşırandan, üstünü torpaqlayıb, bu torpağı da tikanlayıb daşlayandan, üstünü bərk-bərk bərkidəndən sonra daha şiddətli dərəcədə ruhi gərginlik keçirə-keçirə dəhşətə gəlmişdi.

Axı bir də, elə bil ki, qəbirqazanlar Şükrana hörmət olaraq başqalarından daha dərin qəbir qazımışdılar. Bu qəbirin üstünü torpaqlayanlar Şükrana hörmət etdiklərinə görə yan-yörədə bir ovuc da torpaq qoymamışdılar, hamısını qəbrin üstünə töküb qalaqlamışdılar. Şükrana hörmət olaraq Ziyarət dağının ətəklərində gizlənən, goreşən kaftarlardan qorumaq üçün oğlanın üstünü təzə-təzə, özü də iti-iti qaratikanla örtüb, bu tikanların da üstünü daş-qaya ilə doldurmuşdular. Ancaq nitqi batan ana bütün bunlara zidd idi. Anaya elə gəlirdi ki, Şükran bunca ağır yükün altında qoyulan gümüş qınlı, iti ağızlı xəncərlə, o göy zağlı soyuq silahla teylənmişdi. Onu teyləyən bax, həmin bu uğursuz atdı ki, öz Ulduz cildini dəyişib, qara geyinib qapıya gəlibdir. Qoy bu qara at qapıya gəlməsin, yıxılıb ölsün, yenə də ananın ürəyi soyumaq bilməyəcəkdi. Bu qara atdan bir cür deyil, min cür intiqam alınsa da, yenə də Şükranın anasının ürəyi taxmamayacaqdı. Tezmi-gecmi bu ana baş alıb gedəcəkdi. Hara gedəcəkdi, necə gedəcəkdi, gələcək özü göstərəcəkdi. Ancaq indilikdə qədəmləri qoruyan ana bilmirdi. Elə bil ki, ana məhz bu uğursuz atın divanını gözləyirdi.

Qaratel qara ata baxa-baxa daha artıq hiddətləndi, qəzəbləndi, gözləri daha artıq genişləndi, oğlunun bütün fəlakət, müsibətlərini, onun üstünün necə ağır yüklə yüklənməyini titrəyə-titrəyə, ürəyi əsə-əsə, döyünə-döyünə göz qabağından keçirə-keçirə özünü də müqəssir bilməyə başladı. Dəhşət içində, ruhi gərginliklər girdabında çarpışan ananın ağlı ötəri də olsa ayazımağa başladı:

– Mənim ana ürəyimin birinci borcu hər kəsdən, hamıdan qabaq öz oğlumu qəzanın-qədərindən qorğanmaqdı, – deyən Qaratel müztərib ürəyində danışmağa girişdi. – Mənəm birinci günahkar! Ancaq mən özüm! Axı niyə mən Göyalının sözünə baxıb Ziyarət dağına gedirdim? Niyə mən qız qismətinə qane ola-ola acgöz Göyalının sözünə qoşulurdum? Niyə yox Tanrıdan dilək diləyirdim? Niyə mən kömür kimi qaralan Ulduzu tezcə bu aradan rədd etmirdim? Niyə mən Şükranı qucağıma almırdım, körpəmi qorğanıb saxlamırdım? Axı Şükran hamıdan da artıq mənə, öz anası Qaratel Göyəm qızına aciz idi! Axı Şükran həmişə mənim müqabilimdə körpə kimi gülümsəyirdi. Onun ovurdları çalalanırdı, bir sözümü iki eləmirdi. Niyə mən Göyəm qızı cəld tərpənib cəsarət göstərmədim? Mənəm müqəssir! Mənəm günahkar! Mənəm divana çəkilməli müttəhim! Qoy mənə divan tutsunlar! Qoy mənim ürəyimi oxlasınlar! Qoy məni Şükranın yanında dəfn olunmaq şərəfindən də məhrum etsinlər... Bəs bu qara at? Bəs bu qara əzrayıl? Yox, qoy bu qara əzrayıl mənim dəliləşən, divanələşən gözlərimə görünməsin!

Birdən ağlı dolaşan ana ayağa qalxdı. Nitqsiz olduğundan lalsayağı qarqışqırıq qopartdı. Qaratel titrəyən əllə qara atı göstərdi, nitqi açılmasa da, işarə ilə bildirdi ki, sən Bəyalı oğlu Göyalı, ləngimə! Əgər bacarmırsansa qoy mən özüm oğlumun ox-kamanı ilə bu qara əzrayılı gəbərdim. Qoy bu qara uğursuz çölün qurd-quşuna, canavarlarına, pələnglərinə, vəhşilərinə qismət olsun! Özü də başqa yanda yox, Ziyarət dağının ətəyində!

Əli ilə danışan, qırıq-qırıq, heybətli-heybətli səs çıxaran ana bütün bunların hamısını Göyalıya çatdırdı. Yenə də ağlaşma qopdu. Göylər obasının adamları daşlana-daşlana gəldi. Onlar söz tapıb Göyalı ailəsinə heç bir söz deyə bilmədi. Qara atı qapıda dayanan görüncə bu ata-anaya heç bir toxtaqlıq verə bilmədilər, onlar da ağlaşanlara qoşulub ağlaşdılar, Qara at da başını tərpədə-tərpədə onlara qoşulub ağladı, adamlar kirişəndən sonra da qaralan Ulduz öz ağlamağından qalmadı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XLIII

İkinci günü Mehman rayon mərkəzinə çatdı. Qaloşlu adam əl-ayağa düşdü. Murtuzov eşidən kimi arvadı Yavəri də götürüb Mehmanın görüşünə gəldi. Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra onlar dağılışıb getdilər. Şəhla xanım balaca çamadanı açıb onun içini yoxladı. Burada yalnız bir ətir şüşəsi var idi. Bunu da yəqin ki, yol üçün almış, unutduğundanmı, ya nədənmi, başını açıb tərpətməmişdi. Bu tək şüşə sanki bir gülləyə çevrilib, Şəhla xanımın ürəyindən keçdi:– Həri, əl üçün yarar, – deyə Şəhla xanım pərtliyindən qızardı.

19446 dəq
XLIV

Mehman barəsində Kamilovun respublika prokurorluğuna göndərdiyi narazılıq teleqramına baxmayaraq, onun belə tez qayıdıb gəlməyi, prokurorluğun işinə birbaş girişməyi Kamilovu narahat edirdi. – “Necə ola bilər ki, mən boyda dağın teleqramı nəzərə alınmasın?” – Kamilov vurnuxur, heç bir yanda özünə yer tapa bilmirdi... Buna görə də o, hər hansı bir kağızı öz qabağına sərsə də, onu yarımçıq buraxır, bir sətir belə başına girmirdi, cinlənir, az qala durub daş-divarı gəmirmək istəyirdi, – “Bu nə işdir ki, heç mən özüm də baş tapmıram?” – deyə o gəzinirdi. Kamilov əsəbiliklə dartıb pəncərəni açsa da, yenə hava ona azlıq edir, hövlündən ürəyi az qala ağzına gəlirdi. Bu qayda ilə iş vaxtı qurtarınca Kamilov öz kabinetində gəzindi, evinə döndü, geyinib-keçinib yol gözləyən Zərrintaca baş ağrısından şikayətləndi. Cavan arvad qocanın bu halına yanıb təcili həkim çağırmaq istədi, ancaq Kamilov razı olmadan əlini qaldırıb yellədi... Kamilov öz əsl mərəzini Zərrintaca açmaq, onun yanında öz gücsüzlüyünü göstərmək istəmirdi. Axı bu neçə vaxt ərzində Zərrintac Kamilovu dağ boyda bir adam saydığı halda, o durub öz paxırını necə açsın, özünü alçacıq bir təpəcik kimi göstərsin?.. Yox, əsla belə şey ola bilməz!.. Heç bir zaman Kamilov kimi bir dağ bu işə getməz, öz şəstini əyib sındırmazdı?!. Axı heç bilmək olmur, bu cavan oğlan haradan prokuror olub bura gəldi, Kamilovun bu möhürlü qərarlarını araq-varaq eləyib, onun ovqatına belə acı soğan doğradı?..Axı nə üçün Vahidov bu Mehmandan belə bərk yapışıb, öz hərəkəti ilə ona ürək-dirək verir?.. Raykom katibi Mərdan Vahidov rayon prokuroru Mehman Atamoğlanovla bax gör necə də qoşa gəzir, vağzala getmək üçün katib özü prokurorun qapısına öz maşınını göndərir, o, Kamilov kimi bir rütbə sahibini burada qoyub, dünənki bir uşağa bel bağlayır, onun sözünə qüvvət verir?.. Bəli, deyəsən axı Kamilovun nüfuzu bir zəlzələyə düşür?.. Niyə bəs belə?.. Kamilov özünün laxladığını hiss edirdi!.. Bu zəlzələdən necə çıxmaq?.. O, bu hissləri özünə yaxın buraxmaq, bacardıqca özünü sındırmaq istəmirdi. Kamilov düşündükcə az qala özü də özündən çəkinir, öz gücsüzlüyünü özündən belə gizlədirdi... Zahiri bir bağırtı-çığırtı, hədə-hərbə gəlmək, beləliklə də öz günlərini başa vurmaq, özünü məğlubedilməz, kürəyi yerəgəlməz, Rüstəm-Zal hesab etmək də ona kömək etmirdi. Axı necə ola bilərdi ki, o öz dolaşdığını boynuna alsın? – Heç belə şey olardımı?.. Kamilov yatdığı yerdə eşələnir, dağ boyda iri gövdəsi ilə oyan-buyana aşır, dəmir çarpayını titrədirdi... Qəflət yuxusuna qapılıb yatmaq olmazdı!.. Durmaq, ağır addımlarla öz kabinetinə getmək, telefon dəstəyindən yapışmaq, ora-bura zəng etmək, işdən-gücdən söz salmaq gərək idi!.. Qoy hər bir kəs, o cümlədən Kamilovun özü də görsün ki, o dağ boyda bir adam necə də gur-gur guruldayır, onun səsi necə də güclü və qulaqbatırıcı bir heybətlə çıxır!.. Yox, qapanıb evdə oturmaq heç də yaramazdı. Bu hal Kamilov üçün indi hər şeydən qorxulu görünürdü. Kamilov öz kabinetini, niyə indi hər vaxtda olduğundan artıq sevir, buranı heç tərk etmək belə istəmirdi. Axı irəlicə o qədər də xoşlamadığı bu kabinet indi Kamilov üçün niyə belə qəşəngləşir... Bax, divar saatı, boyun-boyuna verən stullar, üstü örtüklü stollar, yumşaq divanlar, xüsusən sirr və güc əlaməti olaraq küncdə dayanan o polad kassa, stol üstünə düzülmüş telefonlar, bu pəncərələrdən görünən yal-yamaclar, dağ-daşlar indi hamısı, bax, bir gör nə dərəcədə Kamilovun xoşuna gəlir?.. Axı niyə indiyə kimi bu kabinet Kamilova belə göyçək görünmürdü? Hələ ki, ortalıqda elə bir şey olmadığı halda, niyə bəs Kamilov belə bir təşvişə düşübdür? Özü də bunu dərk edə bilmirdi. “Axı ürəyim niyə belə qurğuşun kimi ağırlaşsın?” Görünür, hamısı o Mehmandan, o Salamatov kimiləri haqqında olan qərarları qurdalayıb tərpətməyindən gəlir?!. Axı olmazdımı ki, Kamilov öz qaba və səhv hərəkətlərinə bir nəzər salsın?.. Onda Kamilovun şəstinə dəyməzdimi? Yox, tezcə kabinetə dönmək, stoldan yapışmaq, telefonçuların üstünə bağırmaq, öz gücünü sınamaq!.. Kamilov ayağa durub fısıldaya-fısıldaya geyindi, Zərrintaca bir söz demədən qapıdan çıxdı, özünü təngnəfəs kabinetə saldı, lampanı yandırdı, buradakı müxəlləfatı diqqətlə gözdən keçirdi. O, stula əyləşib telefon dəstəyindən yapışdı, zəngi zəng üstdən çaldı, doğrudan da o, hər yana səs saldı, hər dəfə ona “bəli-xeyr”lə cavab verildi. Bəs belə isə, bu nə vəlvələdir ki, Kamilovun canına düşübdür? O ayağa durub astadan fit çaldı, özünü toxtadıb ələ almağa çalışdı, gəzindi, sonra Murtuzova zəng vurdu.

194410 dəq
XLV

Gecə uzun yol gələn Vahidov gün çeşit yerinə qalxınca evinə döndü. Aşırılıb atdan düşdü, katibin dönəcəyini gözləyən xidmətçi kişi kəhər atı şəhərin kənarındakı tövləyə apardı. Vahidov pilləkənyuxarı qalxdı. Əynindəki boz şinelini və gün bozartmış papağını çıxarıb koridordakı asmadan asdı. Balaca oğlunu yatırdan Səlimə ayaq səsinə durub qapını açdı və:– Haradasan, Mərdan? – deyə ərini süzdü. – İki gündür zəng etmirsən.

19448 dəq
XLVI

Vahidov kəndlərdə olduğu zaman qeydlər edib yazı apardığı balaca bloknotlarını nəzərdən keçirdi, kimə nə tapşırıq vermək lazımsa, ayrı bir vərəqdə qeyd etdi. Rayon üzrə görülmüş işlər nə qədər çox olsa da, görüləsi işlər daha artıq idi. Bu işlər və mübarizələr içərisində Kamilovun, doğrudan da, qayda-qanuna sığmaz hərəkətləri Vahidovu daha çox düşünməyə başlayırdı. Bir də, prokurorla sədr arasında başlayan ixtilafa qarşı raykom katibi artıq öz açıq münasibətini göstərməli idi. Belə bir vaxtın çatdığını Vahidov görürdü. “Burada kim daha haqlıdır?” – deyə Vahidov öz-özünə sual verir, bir yanlışlıq olmasın deyə öz mühakiməsindən təkrar-təkrar keçirirdi. Bu axtarışda Vahidovun nəzərləri bir övlad məhəbbəti ilə qara qıvrımsaçlı Mehmanın üzərində dayanırdı. Mübarizə və gərginlik indi hər yerdə vardır, özü də dərin və kəskindir! Yeni həyat ciddi müqavimətlərdən, sinfi düşmən qalıqlarının fitnəkar qarğularını qırıb dağıtmaqdan, üz-üzə döyüşüb vuruşmaqdan keçib inkişafa doğru getməkdir! Bəli, baxanda keçən illərdəkinə nisbətən, bu kolxoz daha möhkəmlənir, o biri kolxozda ötən ildəkinə nisbətən məhsul daha çoxalır, məktəblərin sayı ilbəil artır, yeni həyat qaynayır, yüksəlir... Ancaq köhnəlik yenə inkişafa azmı mane olur? Baxanda Kamilov kimisi geriyə qalır, istər-istəməz köhnəliklərin qalıqlarına əsir düşür.Vahidov düşünür, qeyd və mühakimə edirdi:

194415 dəq

Başqa şairlərin şeirləri