Qardaşımın dərdi
Dərdim bir olsaydı, olmazdı qəmim,Gör nə günə saldı zəmanə məni.Üstümdə saç yolub ağlayan ana,Nə üçün gətirdin cahana məni!
Kinimdən quruyub gözümdə yaşım,Gəlsin köməyimə dostum, qardaşım.Əyilməz kimsəyə bəlalı başım,Yadlar boyasa da al qana məni.
Haqsız döyülməkdən üzüm göyərib,Öz ana yurdumda qəribəm, qərib.Damlarda bayquşlar səs-səsə verib,Bu dərddir gətirən fəğana məni.
Cəlladlar boyamış qana vətəni,Zülmdən gətirib cana vətəni,Satmaram milləti, ana vətəni,Tutub salsalar da zindana məni.
Ayağımda zəncir, qolumda zəncir,Səslənir sağımda, solumda zəncir,Qalanıb dağ kimi yolumda zəncir,Qoy ellər bilməsin divanə məni.
Çoxdandır bir şirin dilə həsrətəm,Bir doğma qardaşa, elə həsrətəm,Yuvasız bülbüləm, gülə həsrətəm,Tanıyır xaraba, viranə məni.
Nədir bu ayrılıq bilə bilmirəm,Nədən bülbül qonmaz gülə, bilmirəm,Gülmək istəyirəm, gülə bilmirəm,Aparın şimala, loğmana məni.
Dinləsin arzumu yaslı durnalar,Dərdi çox, söhbətli, sazlı durnalar,Alıb qanadına nazlı durnalar,Aparsın o gözəl məkana məni!
Təbriz, 1942
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-qardasimin-derdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə canlandı əski xatirələr,Yenə gördüm önümdə sevgilimi.
Yadıma düşdüXatirat dəftərim durur qarşımda,Dolaşır bir ölməz sevda başımda.
O sənin ürəyindirİllərcə bu köksümdə solmayan bir çiçək var,O sənin çiçəyindir, o sənin çiçəyindirl
Piyalə şəklindəGələndə məclisə mey əldə lalə şəklində,Nigarım aytək olur, mənsə halə şəklində.
Başqa şairlərin şeirləri · Hicran
توسن سرکش خطر دارد ز صحرای غریب
تن کو که بدو ناز و دلال تو کشم؟یا دل که غم هجر و وصال تو کشم؟
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,