Gənclik illərində may ayındaGöyçaya getmişdim. O zamangördüyüm mənzərəni bu günbelə qələmə aldım.

Qəribədir bu Göyçay,Yoxdur ona məncə tay.Qızılgül mənasında,Qızılgül dünyasında,Qızılgüldür bayrağı,Baharın oğlan çağıMahnı deyib doyunca,Çayın sahil boyuncaGözlərində ilk baharGəzir oğlanlar, qızlar.Əllərində qızılgül,Dillərində qızılgül,Seyr edirəm hər yanı,Üst-başda boş yer hanı –Döşlərində qızılgül,Başlarında qızılgül,Hamının paltarınınCiblərində qızılgül,Hətta qulaqlarınınDiblərində qızılgül.

Səsində, nəfəsində,Məhəbbət nəğməsində,Ətir saçan qızılgül,Könül açan qızılgül.Yaşlıların qar kimiSaçlarında qızılgül.Mübaliğə deyil buQaşlarında qızılgül.Yerişlərin özündə,Görüşlərin özündə,Dodaqlarda qızılgül,Yanaqlarda qızılgül.Körpətək tutub ayaqYaman gəzir qızılgül,Sulara baş vuraraqÇayda üzür qızılgül.Gəzirəm çəmənliyi,Seyr edirəm şənliyi,Heyranam bu işlərəÇəkilibdir şişlərəƏtlə birgə qızılgül,Cərgə-cərgə qızılgül.Kabablar da gül dadır,Şərablar da gül dadır.Bu sevdiyim şəhərdəGörərsiniz evlərdə,Eşiklərdə qızılgül.Beşiklərdə qızılgül,Göydən elə bilirsənQızılgül yağıb yerə.Qızılgül nəfəsiləDolub bütün bağ-dərə.Sözümə inanmayan,Gözümə inanmayan,Uçsun demirəm ki, mənGünə, ulduza, aya.Qoy tərpənib yerindənSəfər etsin Göyçaya!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri