Şeirlərimin ilk oxucusu makinaçı bacım Sonaya

Bizi bizdən də gözəl sən tanıyırsan, Sonamız,Üzü ağ, alnı açıq, ey nəcib insan, Sonamız!

Bu böyük ailədə keçdi bahar çağlarınız,Qəlbinizdən demirəm köçdü bahar çağlarınız.

Verdi can kəlmələrə, sözlərə barmaqlarınızHamımızçün çox əzizsən, çox əzizsən Sonamız,Bilməyən yox bunu, vicdanı təmizsən Sonamız!

Bilirəm mən, xoşuna gəlmir ürəksiz yazılar,Qanı buzdan da soyuq, xalqa gərəksiz yazılar.Vətən övladına dar gündə köməksiz yazılarBax, bununçün edirəm mən sənə hörmət Sonamız.Qoy var olsun deyirəm səndə bu cürət Sonamız!

Sən vurursan görürəm günləri zəhmətlə başa,Dəyməsin ömrünün ağ yelkəni ümmanda daşa.Yaşa xoş günlərimizçün, vətən eşqinlə yaşaÇəkməsin üstünə öz ordusunu qəm, Sonamız,Görməsin gözlərin ömrün boyu şəbnəm, Sonamız!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar