Təbriz gözəlinə
Anır xəyalını könlüm, gözəl mələk, hər yaz,Qırıq qanadlı göyərçintək eləyib pərvaz.
Yaranmısan, görünür, varlığınla nazlardan,O can alan gülüşün naz, ədalı rəqsin naz...
Səni ürəklə sevən aşiqin məhəbbətinə,Nədənsə, etmədin ömründə mərhəmət bir az.
Mənə məhəbbətinin yadigarıdır, gözəlim,Qırıq piyalə, qırıq bir könül, qırıq bir saz.
Yanır vücudum əzəl gündən hicrinin oduna,Günəş sönərsə, səmadan mənim bu qəlbimi as!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-tebriz-gozeline
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaman qarışdırmışdı şöhrət mənim başımı,Yaxınıma qoymurdum dostumu, yoldaşımı.
ÖlsəYadigar qoymalıdır xalqa hər insan, ölsə,Etməsinlər deyə bir an onu nisyan, ölsə.
BağışlaŞair, vətənə, xalqa gülüstanı bağışla,Dildarına, gəl, bu yeni dastanı bağışla.
OlsunBir adətidir bülbülün hər fəsli-bahardaSorsun “hanı bir yer, bu çəməndən gözəl olsun!”
Başqa şairlərin şeirləri · Eşq
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi