Üçüncü pərdə
Səhifə 1 / 2
Səhnə Şahbaz bəyin qonaq otağını göstərir. Otaq Avropa səliqəsilə bəzənmiş. Şahbaz bəy səfərə hazırlaşır.
Şahbaz bəy. Xavər, Xavər.
Xavər daxil olur.
Xavər. Nə buyurursunuz, ağa?
Şahbaz bəy. Şəmsi evdədirmi?
Xavər. Bəli, evdədir.
Şahbaz bəy. Get de, atan çağırır.
Xavər. Baş üstə. (Gedir.)
Şahbaz bəy (dərman içərək). Bunun əvəzinə bir dəfə zəhər içib bu dünyadan xilas olmağa cür’ət edə bilmirəm.
Şəmsi bəy daxil olur.
Şahbaz bəy. Oğlum, əyləş, sənə də [?] sözüm çoxdur. Şəmsi, mənim bədənimdə bir sağ əzam yoxdur, ciyərim xarab, mə’dəm xarab, dilim də gah tutulur, gah açılır. İndi müalicəyə gedirəm. Fəqət sağalmağa ümidim yoxdur. Demək, bir az gec, bir az tez məni qəbrə qoyacaqsan. Sən mənim tək oğlumsan, babalarımızın yurdunun sahibisən. Doğrudur, sənin dövlətinin çoxunu mən tələf etmişəm, qumara vermişəm, kef etmişəm, fəqət, o tələf etdiyimdən ziyada mərhum qardaşım İlyas bəydən sənə dövlət düşəcəkdir. İndi də görüm, dərdin nədir ki, əmin qızı Nəcibəni evdə dustaq etmisən.
Şəmsi bəy. Mən əmim qızını dustaq etməmişəm.
Şahbaz bəy. Bəs nə üçün evlənmirsən? Özün bilirsən ki, o sənə ad olubdur. Ağıllı, kamallı, qoyulduğu ada layiq Nəcibə bir gözəldir. Belə qızdan nə üçün qaçırsan?
Şəmsi bəy. Ata, o tə’rif etdiyin sifətlərin cümləsi əmizadəmdə mövcuddur. Fəqət, yenə də mən özümü və o zağallını bədbəxt etmək istəmirəm.
Şahbaz bəy. Səbəb?
Şəmsi bəy. Səbəb odur ki, mənim onda könlüm yoxdur. Qəlb istəmədiyi halda nə zövc və nə də zövcə.
Şahbaz bəy. İstəmədiyinə səbəb nədir?
Şəmsi bəy. Onu ürəkdən sormalı və bir də mən uşaqlıqdan əmim qızı ilə bir yerdə böyümüşəm, mən ona bacı kimi baxıram.
Şahbaz bəy. Oğlum, məhəbbət bir yalan şeydir. Onu şairlər icad etmişlər. İsmi var, özü yox. O, bir xəyaldır. Uzaqdan dadlı, nəş’əli, yaxından zəhərli, cəfalı, bəlalı, ömrü puç edən bir şeydir. Beş gün səfa versə, beş il cəfa verir. Atan onların hamısından keçmişdir.
Şəmsi bəy. Demək, qəlb sevmədiyi bir zövcə ilə ömür sürmək, cəfa-bəla deyilmiş, eləmi?
Şahbaz bəy. Bilmirəm sən bu arvad taifasına nə böyük mə’na verirsən. Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damağda ol...
Şəmsi bəy. Ata, mən onu edə bilməyəcəyəm. Sizin nəzəriniz qadınlara başqa, mənimki başqa. Mən könlüm sevməyəni almayacağam.
Şahbaz bəy. Bəlkə, sənin könlün bir kəndlinin, bir hambalın qızını istəyəcəkdir.
Şəmsi bəy. Eybi nədir, istər, alaram.
Şahbaz bəy. Eybi çoxdur. Şahbaz bəyin gəlini kimin qızıdır. Kəndli Cənnətəlinin?.. Bir özün insaf et, bu mənə yaraşarmı? Onda mən xəcalətimdən məclislərə çıxa bilərəmmi? Tay-tuşlarımın üzünə baxa bilərəmmi?
Şəmsi bəy. Ata, siz məni öz getdiyiniz yola də’vət edirsiniz, fəqət mən o yol ilə getməyəcəyəm, çünki nəticəsi gözlərimin önündədir.
Şahbaz bəy. Necə? Mən nə fəna iş görmüşəm ki, sən ondan xəcalət çəkirsən?
Şəmsi bəy. Ata, mən istəmirəm ki, ata ilə oğlun arasından pərdə götürülsün. Sizin sualınıza cavab versəm, o pərdə götürüləcəkdir.
Şahbaz bəy. Ananız Həcər xanımın sə’yi ilə o pərdə siz övladlarım ilə mənim aramdan çoxdan götürülübdür. Siz məni qapımdakı nökərimcən saymırsınız.
Şəmsi bəy. Təqsir özünüzdədir. O, məzlumə, bədbəxt anamızı nahaq yerə müqəssir edirsiniz.
Şahbaz bəy. Ananız nə üçün bədbəxt olsun? Mən onu hansı xanımdan əskik saxlayıram? Libas almamışam, cəvahirat almamışam? Yoxsa qulluq etməyə xidmətçilər tutmamışam? Hansı şeyi kəsir qoymuşam?
Şəmsi bəy. Nəzərinizcə bundan başqa şey qadına lazım deyil?
Şahbaz bəy. Mən bilmirəm, sən bilirsənsə de.
Şəmsi bəy. Ümdəsi məhəbbət, sonra ərin gözəl, mehriban rəftarı. Bunların hansı sizdə olubdur? Anamız qız ikən pul gücünə, gözü yaşlı özünüzə zövcə etmişsiniz. Sonra gözəl rəftar ilə könlünü alıb özünüzə rağib etmək əvəzinə, həmin bu evi şərabxana, çənkixanə edib, onun incə qadınlıq hissini ayaqlarınız altına salıb tapdalamışsınız.
Şahbaz bəy. Yalan! Bunun hamısı Həcərin düzəltməsidir. Məni sizin nəzərinizdən salıb, düşmən etmək fikrindədir. Sizi məndən uzaqlaşdırmağdır.
Şəmsi bəy. Bizi sizdən uzaqlaşdıran anamız deyil, sizin fəna əməlinizdir. Uşaq ikən biz bacı-qardaş sizdən bir mehriban söz eşitmədik. Həmişə evə sərxoş gəlmisən, biz də qorxumuzdan qaçıb otağımızda gizlənmişik. Bədbəxt anamız bizi bağrına basıb, biz ilə baham göz yaşı tökübdür. Mən deyərdim, ana, dur buradan qaçaq, deyərdi: Bala, haraya qaçaq, adam da öz evindən qaçarmı, bizə nə deyərlər. Yenə səbir etməli. Anamız bizi bu evdə belə saxlayıbdır. Biz böyüdükdə də tutduğunuz binamus əməllərdən xəcalət çəkib, Şahbaz bəyin övladları olduğumuzu gizlətmişik.
Şahbaz bəy. Sus, nadürüst, daha sən mənim övladım deyilsən, çıx, haraya istəyirsən get! Gözümün önündən sürün. (Şəmsi bəy çıxır.) Az qalmışam bunların əlindən baş götürüb yenə Firəngistana qaçam.
Səfi bəy daxil olur.
Səfi bəy. Dayı, deyəsən yenə Şəmsi ilə sözləşmisən, çox hirsli gedirdi, mənə də məhəl qoymadı.
Şahbaz bəy. Gör mənə nə deyir, Şahbaz bəyin övladı olmaqdan xəcalət çəkirəm.
Səfi bəy. Odur ki, düşmənimizin oğlu ilə də dostluq edir.
Şahbaz bəy. Kim ilə?
Səfi bəy. Əlimərdanın oğlu Çingiz ilə.
Şahbaz bəy. Nə deyirsən. Çingiz odur Rusiyada.
Səfi bəy. Xeyr, Çingiz bir aydır ki, anası, bacısı ilə Piri babanın yanında olur..
Şahbaz bəy. Səfi, Şəmsi Çingiz ilə dostluq etməz.
Səfi bəy. Çağırın, mənim yanımda özündən soruşsun.
Şahbaz bəy. Xavər, Xavər!
Xavər daxil olur.
Xavər. Nə buyurursan, ağa?
Şahbaz bəy. Şəmsi bəyi buraya çağır.
Xavər. Şəmsi bəy getdi.
Səfi bəy. Zöhrə xanım evdədirmi?
Xavər. Bəli, evdədir.
Səfi bəy. Çağır gəlsin.
Xavər gedir.
Şahbaz bəy. Sən Şəmsini deyirdin, Zöhrəni nə üçün çağırırsan?
Səfi bəy. O da qardaşından geri qalmaz. Dayı, Çingizə bir elə tələ qurmuşam ki, əlimdən qurtarası deyil. Çingiz guya gizlin, hökumətin əleyhinə işləyir. Onu həbs edib tutduracağam, həbsxanaya göndərəcəyəm. Yolda guya qaçırdı deyə küllələdəcəyəm, necə tədbirdir.
Şahbaz bəy. Çox gözəl tədbirdir. Dayın İlyas bəyin qanını yerdə qoymursan.
Zöhrə xanım (daxil olur). Bibioğlu, xoş gəlmisən.
Səfi bəy. Sağ ol, dayıqızı... Zöhrə, səndən bir şey barəsində mə’lumat istəyəcəyəm. Rica edirəm düzünü deyəsən, əyləş.
Zöhrə oturur.
Zöhrə xanım. Demək, məndən silist edəcəksiniz.
Səfi bəy. Bəli, buyurunuz görüm, bir ay bundan irəli ananız Həcər xanım, qardaşınız Şəmsi bəy ilə Züleyxa xanımgilə qonaq gedərkən, yoldan dönüb haraya getmişsiniz?
Zöhrə xanım. Piri babagilə.
Səfi bəy. Doğru! Orada kim ilə görüşmüşsünüz?
Zöhrə xanım. Piri baba, Yasəmən və qızı Qəmər ilə.
Səfi bəy. Daha kimin ilə?
Zöhrə xanım. Onu deməyəm.
Səfi bəy. Nə üçün?
Zöhrə xanım. Çünki məcburam.
Səfi bəy. Sizi məcbur edən kimdir?
Zöhrə xanım. Mənim vicdanım.
Şahbaz bəy. Xeyr, sənin anan Həcər xanım! Mənim düşmənlərim onun dostudur, dostlarım düşməni.
Səfi bəy. Siz demək istəmirsiniz, mən deyərəm. Orada siz bizim nəslimizin düşməni, quldurbaşı Əlimərdanın oğlu Çingiz ilə görüşmüşsünüz, belədirmi?
Zöhrə xanım. Elədir.
Səfi bəy. Bəs nə üçün bunu demək istəmirdiniz?
Zöhrə xanım. Çünki bu yolda tökülən qanı daha kifayət bilirəm. Ataların ədavətinin övladlarına keçməyini artıq bilirəm.
Şahbaz bəy. Mənim övladlarımın heç birində qeyrət, namus olmadığını da mən bilirəm.
Zöhrə xanım. Ata, qeyrət, namus gözləyən şəxs, gərək bu ədavətin binasını qoymayaydı.
Şahbaz bəy. Səsini kəs, Həcərin qızı.
Səfi bəy. Dayı, doğru deyirsən, bunların heç birində qeyrət, namus yoxdur. Əmiləri İlyas bəyin qatili Əlimərdanın oğlu ilə dostluq edirlər.
Şahbaz bəy. Bunların belə olmağına yenə də Həcər baisdir.
Səfi bəy. Zöhrə, bu səfər ikinizin də təqsirindən keçirəm. Bir də Çingiz ilə mülaqat etsəniz, məni əfv edəsiniz, onda sizin ilə başqa cür rəftar edəcəyəm, çünki qulluq qohum-əqraba tanımaz. Zöhrə, onu bil ki, Çingiz hökumətin əleyhinə işləyir, mən onu həbs edəcəyəm.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-esq-ve-intiqam-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhnə meşə içində ağac çəpərlə həsarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri babanın komasi, sol tərəfdə meşə sahibi Həsənqulu ağanın ikimərtəbəli evi görünür. Həyətdə neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın önündə oturub özünü günə verir. Yanında bir beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul, daxil olur.*Piri baba**. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.
İkinci pərdəBirinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.*Pir baba**. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan. Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzından od parladığda ovu yerdə görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti azalmış. İndi səni qaldırıb qırğovulu nişana aldığda qaqqıltı ilə uçub uzaqlaşır. O qaqqıltı ilə sanki deyir, ey pir-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil, rahat ol, daha vaxtın keçmiş. Bəli keçmiş... (*Yasəmən samavarı gətirib süfrəyə qoyur*). Yasəmən, Qəmər durubdurmu?
Dördüncü pərdəSəhnə birinci pərdənin mənzərəsini göstərir. Həyətdə skamyanın qarşısında bir masa, üstündə bir neçə kitab. Qəmər kitabların şəklinə baxarkən gözünə bir məktub sataşır.*Qəmər** (*məktubu əlinə götürüb*). Bu Zöhrənin xəttinə oxşayır. Yox, səhv edirəm, Zöhrə Çingizə məktub yazmaz. Qoy açıb oxuyum, onda mə’lum olar. Yox, özgənin məktubunu oxumaq qəbeh şeydir. Qoy başını açıb oxuyum, onda mə’lum olar, dalını oxumaram. (*Məktubu paketdən çıxarıb oxuyur.*) «Ey qəlbimin sultanı, sevgili Çingizim!» Aha, qəlbimin sultanı, sevgili, bu məktubdan ətir iyi gəlir. Gərək oxuyam. (*Oxuyur*). «Tam bir aydır ki, nə gecə, nə gündüz bir an xəyalımdan çıxmırsan. Ah, hicran atəşi, məni yaxıb yandırır. Çingizim, daxi səbir edə bilmirəm, məhəbbətin uğrunda şam tək əriyən, eşqindən məcnun olan Zöhrəyə rəhmin gəlsin». Hə, doğrudan da yazan Zöhrə imiş. Ey bivəfa Zöhrə, bəs sən mənlə belə dost imişsən? Mənə bir çox məktub yazmışsan, heç birində işarə edə bilməmisən. İndi sirrini məndən bərk saxla. Başa düşdüm ki, Zöhrəni şair edən nə imiş. Çingizə ah çəkdirən nə imiş. (*Məktubu gizlədib kağız yazır.*) Zöhrə xanım, məktubu belə yazırlar, özü də şe’r ilə.
Beşinci pərdəBirinci şəkilDördüncü pərdədən üç il keçmişdir. Səhnə meşə içində bir bulaq göstərir. Pərdə qalxdığında Şəmsi bəy, Qəmər, Zöhrə xanım və Cəbi görünür.*