Bir ləhzə gülmədi üzüm ol gülcamal ilə
Bir ləhzə gülmədi üzüm ol gülcamal ilə,Ömrüm yetişdi axirə yüz min xəyal ilə.
Hicran qəmilə eylə ki, mən adət etmişəm,Şad olmaram ölüncə ümidi-vüsal ilə.
Öz eşqim ilə fəxr edirəm kainata mən,Şahlar öyünməsin mənə cahü cəlal ilə.
Yar ilə xoş dəqiqələrin başqa zövqü var,Yar olmayanda gün keçəcək qilü qal ilə.
Bir də cahana gəlməyəcəksən dübarə sən,Mümkünsə, qoyma keçməyə ömrün məlal ilə.
Tədric ilə qocaldacaq axır fələk səni,Vəhşiliyi burax, dolan əhli-kamal ilə.
Vahid, mənimlə düz dolanan yar tapmadım,Çünki fələk də kəc dolanır əhli-hal ilə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-bir-lehze-gulmedi-uzum-ol-gulcamal-ile
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bizi mərdanə doğmuşdur təbiət ibtidasından,Ədunun qorxmarıq qanlar tökən növki-cidasından.
Hürriyyət tərənəsiArtardı zülmü zillət içində əzabımız,Göstərməsəydi mehri-ruxin inqilabımız.
Əməl şərarəsiMəqsud yetişməksə əgər fəzlü kəmalə,Səy etməliyik elmə, dönərsək də hilalə.
Ucal mələkim!Qadınla yüksələcək şəni Azəristanın,Olursa tərbiyə uğrunda səyi nisvanın.