Gözəlim, gül yanağın qırmızıdır məxmərdən
Gözəlim, gül yanağın qırmızıdır məxmərdən,Dodağın ləldən artıqdı, sinən mərmərdən!
Güldə varsa nə gözəllik, gözəlim, səndə də var,De görək, bir nəyin əskikdi güli-əhmərdən?
Dəhənin qönçə, belin incə, üzün gül kimi tər,Saçların sünbülü avarə salıb çöllərdən.
Əhli-eşqə bu qədər naz eləmək yaxşı deyil,Bəsdir, insaf elə, əl çək bu yaman şakərdən!
Necə əğyarə baxırsan, gözəlim, qan olmaz,Göz ucuyla bizə də bir nəzər etsən hərdən.
Eşq zəncirinə yüz dəfə giriftar olsun,Mənə hər kim desə, əl çək bu qara gözlərdən.
Bu pəriçöhrələr eşqində gözəldir, Vahid,Qəzəli sən deyəsən, mən oxuyum əzbərdən.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gozelim-gul-yanagin-qirmizidir-mexmerden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün, gözəlim, qəbrimin üstdən ötüşərsən,Dərdindən ölən aşiqini bir düşünərsən.
Bu hüsn ilə, gözəlim, sən gözəllərin gözüsən!Bu hüsn ilə, gözəlim, sən gözəllərin gözüsən!Nə vaxtadək salacaqsan fərağına bizi sən?
Mərdümi-çeşmim edib mişksifət zülfü vətənMərdümi-çeşmim edib mişksifət zülfü vətən,Dami-səyyadidə san bənd olub ahuyi-Xütən.
Gəl, ey fəraqı məni zarü biqərar eləyənGəl, ey fəraqı məni zarü biqərar eləyən,Bəlalı başımı yüz qəmlərə düçar eləyən.
Başqa şairlərin şeirləri · Eşq
Haçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
BənzətməSonya, ey dilbəri-pakizə-əda!Sənə bu Naqdı bəyin canı fəda!
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır