Zülm eyləmək eşq əhlinə, cana, nə üçündür?
Zülm eyləmək eşq əhlinə, cana, nə üçündür?Aşiq ki, verir canını – cananə üçündür.
Sevməz o qara zülfünü heç kimsə mənimtək,Zəncirə həvəs eşqdə divanə üçündür.
Xəlq olmamısan aşiqi incitməyə, zalım!Bax, gör bü gözəllik sənə, aya, nə üçündür?!
Hər aşiqin öz sevdiyi məşuqəsi vardır,Gül bülbül üçün, şəm isə pərvanə üçündür.
Bülbül nə bəla çəksə yolunda sənin, ey gül,Qəlbində məhəbbət yenə biganə üçündür.
Zahid buraxıb məscidi, meyxanəyə gəlməz,Bayquş yaranandan bəri viranə üçündür.
Vahid, məni sərdəftəri-eşq içrə yazıblar,Məcnun sözü dillərdə bir əfsanə üçündür.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-zulm-eylemek-esq-ehline-cana-ne-ucundur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fikr edirdim, olacaqsan mənə cananə, gözəl,Qeyrilər eylədi məndən səni biganə gözəl.
Dəli könlüm, gözəlim, zülfünə olmuş mailDəli könlüm, gözəlim, zülfünə olmuş mail,Yenə zənciri-cünun əqlimi etmiş zail.
Haqq sənə vermiş, həbibim, eylə kim hüsnü cəmilHaqq sənə vermiş, həbibim, eylə kim hüsnü cəmil,Kim yetər isbati-həqqə müshəfi-ruyin dəlil.
Ol deyil aşiq, mənimtək eşqdə rüsva deyilOl deyil aşiq, mənimtək eşqdə rüsva deyil,Ruzü şəb Məcnun olub sərgəşteyi-səhra deyil.
Başqa şairlərin şeirləri · Eşq
Sevgimdən qaçmışam uzaq şəhərə,Burda da həsrətin gəlib dayanıb.
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.
Heyran olduğumYoxsan yoxam,Varsan varam,
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,