Aparır ayə fələk mehri-cəmalından nur
Aparır ayə fələk mehri-cəmalından nur,Bədnəzərlər nəzərindən eləsin həq səni dur!
Xət gəlib arizi-cananı tutub sərtasər,Sanasan, mülki-Süleymanı tutub ləşkəri-mur.
Küfr zülfün görüb, imanə gəlir kafirlər,Çahi-zülmətdən o xurşidliqa qılsa zühur.
Yetər, ey mahi-təmamim, sənə nöqsan, həzər et,Olma, gəl qəlbiqara kəslərə hər bəzmdə cur!
Tari-keysulərini tökdü, nigarim, üzünə,Könlümün telləri tərpəndi necə naleyi-Şur.
Mənə, ey zahid, əgər verməsələr sevgilimi,Nə gərəkdir mənə cənnətdəki qılman ilə hur?!
Bağlamışdır məni, Vahid, o pəri zülfü ilə,İndi bildim ki, necə darə çəkilmiş Mənsur!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-aparir-aye-felek-mehri-cemalindan-nur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dəli könlüm, gözəlim, zülfünə olmuş mail,Yenə zənciri-cünun əqlimi etmiş zail.
Haqq sənə vermiş, həbibim, eylə kim hüsnü cəmilHaqq sənə vermiş, həbibim, eylə kim hüsnü cəmil,Kim yetər isbati-həqqə müshəfi-ruyin dəlil.
Ol deyil aşiq, mənimtək eşqdə rüsva deyilOl deyil aşiq, mənimtək eşqdə rüsva deyil,Ruzü şəb Məcnun olub sərgəşteyi-səhra deyil.
Bizim nigar dediyimiz nigarımız bu deyil!Bizim nigar dediyimiz nigarımız bu deyil!Sevimli dilbərimiz, nazlı yarımız bu deyil!