Analar doğmur şairləri
Ancaq, ancaqgöyüzünün dar ağacındandoğulur şairlər.Əzablar, qəmlər doğmur,Qılınclar, qələmlər doğmur şairləri...
Ömrü boyu o dar ağacı altındaYaşayır, yazır şair,Qəfil sevgiyə hazır olantəkHər an qəfil ölümə hazır şair.
Hara gedirsə getsin,gedir başı üstündədar ağacı şəklində mavi göyüzü,yaza-yaza boynundakıgörünməyən mavi kəndirihər gün bir az, bir azdartır, dartır şairin özü.
Kim bilir bəlkə dəheç yerli-dibli yoxdu dar ağacı,Kəndir Tanrı sevgisitəkgöyüzündən uzanır,Tanrının əlindədikəndirin son ucu.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-analar-dogmur-sairleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Soyuğu başladı yetim bir məmləkətin,Keçən ilin soyuğu qıçında
Adamlar silahla arardı onu, mələklər qaytardı qanadlarındaCavidə şeirlərdən*Bu şeirlər 1981-də Cavidi mələklərin qanadında Vətənə qaytardı. 82-də insanlar onun nəşini gətirdilər, ancaq əsil Cavid ruhdu, o da şeirlə geri dönmüşdü.*
Göyüzündən enən çiçəkO hansı ildi, hansı gündü,gözəl gözlər ağlarkən güldü?!
Cavid əfəndi, kim var insan adındaCavid əfəndi, kim var insan adındahamısı günahkardı
Başqa şairlərin şeirləri
O ğ u l – Ay dədə, qoy məktəbə gedim,Məktəbə, orda elm oxum.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
نه اَمرو بُر به گیتی و نه مشکیرنه کوه و کوشن بُر نه کِشتَه و هیر
Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəngDəhrdə oldu mənə dildarü dilbər bir tüfəng,Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng.