Donurdu hadinin əlləri
Soyuğu başladı yetim bir məmləkətin,Keçən ilin soyuğu qıçındakasıb qaçıb gizlənmişdicındırının içində.Soyuq ayı dərisindən də keçirdi,kasıbın cındırından keçmədi,-Gözümüz aydın! Kasıb soyuqdan küsüb!Qapılılar bağladı qapısın,pəncərəlilər pəncərəsin:özləri bilərlər-kasıb soyuğun, soyuq kasıbın.
Hamı qaçıb gizlənəndə,çəkiləndə bu dünyadanhətta şeytanın da ayağı,sınıq pəncərələrə tutulmuş qəzet kimişairlərə gəlir dünyanın soyuğu.
Donurdu Hadinin əlləri,Qapılılar qapısın bağlamışdı,pəncərəlilər pəncərəsin.Buzdan, şaxtadan yollar da qalın,Qara torpaq da qalın, qalın,üstündə nə qəbir qazılar, nə dua oxunar,-Allah da bağlamışdı o dünyanın yolun.
Bir atlı keçirdiAllah bağlayan, dərd açan yoldan,atlının bığları eşmə,dərdin yolları sürüşkən,-Canım atlı, gözüm atlı,bu dünyanı keçməyə
ya bu atı bağışla,atı bağışlamırsan,atın ağzındakı odu bağışla.Odu da bağışlamırsan,gəl, bu bığları bir də eşmə!
Donurdu Hadinin əllərisəsinə at dayandı,atın ağzında od dayandı,Atlı qamçıladı atı,od çıxırdı atın ağzından,Donurdu Hadinin əlləri,qaça-qaça saldı əlini atın ağzına,Atlı qamçıladı atı,At qaça-qaça yumdu ağzını.
Donurdu Hadinin əlləriÇıxartdı ürəyinin yanındansata bilmədiyi şeirləri,od vurdu şeirlərəsaldı əlini odun içinə,orda əli ürəyinə dəydi,orda ürəyi əlinin içində,əli ürəyinin içindəydi.
Şeirin odu axıb, axıb isitdiçölləri, dağları, məzarları da,isitdi ölümsüz məzarlarınölümsüz etdiyi bu ulu yurdu,... O anda, yurdun bir qırağındaqalxıb ulu məzarından Mirzə Ələkbərciyərinin qanını yuyurdu.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-donurdu-hadinin-elleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevgiləri sevgilərdən,ayrılıqları ayrılıqlardan,
Min il həbsdə unudulan, min il qolları nazilən uşaqDünyadan qovduqlarını,üzü ağ, qara, sarı,
Ən uzaq ulduza sıçrayan yaralı ceyranHər şair elə bilirdünyanın son şerini
Bu dünyada balaca, körpə hər nə var başqa bir dünyadan doğma kiməsə oxşarMən hara, dağlar, dəryalar, ümmanlar hara,zirvələr, sıldırımlar, dumanlar hara,
Başqa şairlərin şeirləri
Zanbağam mən, zanbağam,Ay işığından ağam,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,