Bu dünyada balaca, körpə hər nə var başqa bir dünyadan doğma kiməsə oxşar
Mən hara, dağlar, dəryalar, ümmanlar hara,zirvələr, sıldırımlar, dumanlar hara,mənimki balaca dağlar, balaca təpələrdi,balaca talelər, balaca kəndlər, şəhərlərdi,
Bu dünyada balaca, körpə hər nə varhəm bu dünyadan,həm də başqa dünyadandoğma kiməsə oxşar.
Min illərin yolçusu sular, bəlkə siz biləsiz,bir yanı Qara dəniz, bir yanı Xəzərbu Qaf oğlu Qaf dağı kimə bənzər?!İnciməsinlər, mənə zor gəlirbu boyda dağlar,xəbərləri olmaz, qartalları bircə anahardan uçar qonar ildırımlarına,üç günlük dumanınaqəribləri nədən min illər ağlar
Uca dağlar çox böyükdü,təkcə elə onları düşünməkmənim bu cansız canıma,qələmimə ağır yükdü,yazdıqca ağırlıqdan titrəyər qəlbim,ha qaldırsam da zirvələrdən sürüşərqələmim,sürüşüb qısılar yenə balaca dağların ətəyinə
min illərdi anamın çocuqluq qoxusugəlir ordan,nə yaxşı, nə yaxşı, min illərdi, böyümürmin illərin ən gözəl çocuğu anam,balaca dağlarla göyüzünün arasındaeləcə çocuq qalır hər an.
İnciməsin, inciməsin göyüzündətonqallaşannəhəng ulduzlarım, ayım, günüm,bir köynək şam işığıyla daha mərhəm,daha doğma, daha gözəl işıqlanırmənim könlüm,mənim anam.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-bu-dunyada-balaca-korpe-her-ne-var-basqa-bir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər şey boz-bulanıq, lil,hər şey can ağrısı yenə,
Biz də, biz də itək bir-birimizdəSiz də, siz də,axın, itin bir-birinizdə,
Dünyanın son göyüzündən sevginin son göyüzünəBir an da dayanmadan, durmadanözünü göyüzünün görünməz qayasından atan
Sevgin gilənar kimiysəİlk dəfə sevdiyinin tellərinibircə-bircə yuxunda öpürsən,
Başqa şairlərin şeirləri
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Gələn birdir, gedən birdir, qalan birGələn birdir, gedən birdir, qalan bir,Gələn qalmaz, gedən gəlməz, əcəb sir.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,