İlk dəfə sevdiyinin tellərinibircə-bircə yuxunda öpürsən,Sonra bir az yaxından öpürsən,yəni o telləri güzgü bilibtellərini darayan bulaqları,o tellərə uzanan yarpaqları, budaqları,o tellərin baxdığı dörd yanı,gəzdiyi cığırı,oturduğu skamyanı öpürsən.

Sonra bir gecəyarı oyanıbneçə küçə o yana onun mışıltısını,üstündən sürüşənyorğanının xışıltısını öpürsən,elə o anda neçə küçə o yanailahi bir sehrlə əlini uzadıbyorğanı çəkirsən onun üstünə,ancaq bu sevgi, bu sehr xoş gələr yorğana,sürüşər yenə, yenə,yenə o ilahi sehrləneçə küçə o yanaəllərin uzanar dönə-dönə.

Əlbəttə, əgər canın, gözün,ruhun sevgininkiysə,sevgin bir balaca qızınsırğa bilib qulağından asdığıqoşa gilənar kimiysə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq