İndən belə ağlama, uç,yox olanlar vardı uçdu,bu dünyanın dərdin çəkmə,bu dünyanın dərdi uçdu.

Bu dünyadan dünya çıxmaz,Umuduna umud çox az,Ancaq umud dərən baxmaz,dərdi onu dərdi, uçdu.

Əlindədi sonum, ucum,qanadlandım sənə uçum,bu dünya tək sənin üçüngül dərdiyim yerdi, uçdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri