Dağlardan da güclü
Dəryalardan da,dağlardan da güclübir şey var bu dünyada,bəlkə də o div gücübir çay ulduza qarışıbaxıb gedir sularda.
Nə var, nə var bu dünyadabir sərçə balasınınbir dam üstündəkigöyündən böyük?!
Dəryalardan da,Dağlardan da güclüBir şey var bu dünyada.
Kim bilir bəlkə o div gücü dəo sərçə balasının olacaq-bu yosunlu dənizibir yaşıl yarpaq kimidimdiyinə alacaq.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-daglardan-da-guclu
← → düymələri ilə keçid, R — təsadüfi şeir