Balaca dostum Elşən Güclüyə

Çiçəklərin,Bir də uşaqların gözləridiDünyada ən iri gözlər,böyüklərçün ən anlaşılmaz sözlərdiuşaqların çiçəklərə,çiçəklərin uşaqlara dediyi sözlər.

Dəniz göylə,Güzgü suyla dopdolugözəl qabdı uşaqlara,Hər şey canlıdı,hər şey kitabdı uşaqlara.

Gözləritək ürəkləri də böyük olduğundanhər şeyin adınıböyük hərflərlə yazar,yazar balaca uşaqlar.

Böyüdükcə, gücləndikcəQələm tutan barmaqlar,böyüdükcə, gücləndikcə uşaqlar,balacalaşar hərflər,onlarçün dəanlaşılmaz bir dildədanışar çiçəklər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar