Dizsiz iki çiçəkçün yanıq kamançada çalınan hava
Qeybdən gələn səs kimi,ölümqabağı nəfəs kimigəldin ömrümə,zalım qızı,çıx gecəyə, oynayaq bu havaya dasən şəhərin o başında,mən şəhərin bu başında
Gözəl gözlərə gələn yaş kimi,uğruna baş qoyulası savaş kimiendin ömrümə,zalım qızı,çıx gecəyə, oynayaq bu havaya dasən günlərin o başında ,mən günlərin bu başında ,aylarla, illərlə oynayaq belə.
Bir yanıq kamançadaçalına bilər ancaqbu sevdanın havası ,daha diz üstdə oxunulmaz,diz üstdə oynanılarbu sevdanın duası.
Beləcə, diz çökək, diz çökək,diz üstdə oynamaqçün diz çökək,diz çökək, diz çökəkdiz çökməkçün bədənlərini sındırıbözlərinə diz düzəldəndizsiz iki çiçəktək.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-dizsiz-iki-cicekcun-yaniq-kamancada-calinan-hava
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uşaqlıq dostlarım Hüseynlə Mikayılın xatirəsinə*Bu bahar günü qorxum yox,
Tut dibi qarışqadı ac daşıyar toxuna, tox daşıyar acınaQara-qara quşlara,yazıq-yoluq quşlara
Tənha ulduz altındaBu gecə, bu gecəbu qara oğlanın, qəmli oğlanın
Hərə öz çırağının quludurEyvanımızdakı qara çırağın altındayazmışam ilk şerimi,