Ey nazı çox dilbər, məni yandırma hicrin narinə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey nazı çox dilbər, məni yandırma hicrin narinə,Çün yanaram pərvanətək şəm’-rüxün ənvarinə.
Hicrin şərabı acıdır, müştaqə içirmə anı,Neçin ki, yar ol ağuyu içirməz, ey can, yarinə.
Hüsnündən, ey şəmsü qəmər, afaqə düşdü fitnələr,Kimdir yetən əndişəsiz zülfü rüxün əsrarinə.
Dünyavü üqbadə mənə məqsud sənsən, yoxsa mənÜqbayə sənsiz baxmazam, həm dünyanın miqdarinə.
Vəslindən oldum çün qəni, mən mülkü malı neylərəm,Mən künfəkani vermişəm vəsli-rüxün didarinə.
Saçır xəyalın nəqşinə lö’löi -şəhvarı gözüm,Ey dişləri dür, bax anın dürdaneyi-şəhvarinə.
Üzün ənəlhəqqi məni zülfündə bərdar eylədi,Mənsur olandır asılan aləmdə eşqin darinə.
Təsbih ilə səccadə çün zərq əhlinin ərkanidir,Aşiqlərə zülfün yetər də’vət qıla zünnarinə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gər vasil olmaq yar ilə istərsən, ey aşiq, bu günGəl ur Nəsimi tək qafa kövnü məkanın varinə.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-ey-nazi-cox-dilber-meni-yandirma-hicrin-narine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mən sənə heç vaxt«Sevirəm» demədim.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Qəzəl: Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalıHəzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali
DağlarZimistan dolanıb bahar çatanda,Al-yaşıl geyinib, bar olan dağlar.