Bir göz yaşında azmışam,üzlə axıram aşağı,ancaq üzü tanımıram,Bu göz yaşı məndən axır?Mən bu gözü tanımıram.

Deyirsən ki sevişmişik?mən səni, bil, görməmişəm.Milyon ildi bir yerdəyik?Ağla, ya gül, görməmişəm.

Dəlisənsə, dur, bir baxım,bu duruşda dəlim yoxdu.Ölümsənsə, gəl qoxlayım,bu qoxuya ölüm yoxdu.

Heç bilmirəm, kiməm, nəyəm,deyən bir az buralıyam,həm də bir az yadelliyəm,həm də bir az gülməliyəm.

Deyirlər, burda dəli var,Kimdi dəli, tanımıram,Hey öpürəm, öpürəmməni vuran bir əli,ancaq əli tanımıram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sən Allaha oxşayırsan, ana

Vətən torpağını hamıdan çox sevənlər vətən torpağına hamıdan tez qarışmağa tələsənlərdi. Vətənin ən gözəl ətri də onlardan, onların torpağından gəlir. Hər dəfə dostum Zakir Fəxrinin, həm də hamımızın qardaşı Kamili xatırlayanda yerüzüm və göyüzüm çöl, çiçək qoxusuyla dolur və Kamilin bu gözəl çöl, çiçək qoxusu dünyamı uzun müddət tərk eləmir, mən çox zaman özümdən asılı olmadan öz-özümə gülümsəyirəm. Bu çöl, çiçək qoxusu bizim dünyamızın çöllərinin, çiçəklərinin qoxusuna bənzəmir, daha sevgili bir dünyanın hər an insanı yeni bir xoş hala gətirən qoxusudur. Bu həm də Kamilin və bütün igid, gözəl, şəkil şəhidlərimizin ruhunun qoxusudur. Mənə elə gəlir ki, onların ruhunun gözəl ətriylə dolu o dünyaya çox rahat getmək olar. Onlar arasına getmək əbədi solmaz çiçəklər arasına getmək kimidi.Çöl kimi,

2 dəq
Dünyanın ən iri gözü, ən iri çayı, dənizi

Tanrım, əsirlikdə başları kəsilən şəhidlərimizin son baxışlarıyla göyüzünün hərəkətini onların son anda gözlərini zillədikləri yerdəcə durdurdun, beləcə, zamanı da dayandırdın. Bu dünyada daha heç kəs qocalmır. Şəhid anaları da elə həmin andakı şəkillərindəcə qalıblar, saçlarında bircəcə dən də artmayıb, çünki şəhidlərimiz gözlərini göyüzünə zilləyib göyüzünün hərəkətini, həm də zamanı dayandırmaqla anaların saçlarını ağarmaqdan, üzlərini qırışmaqdan qorudular. Yoxsa anlar axıb getdikcə, analar da axıb gedəcəkdi, saçları ağlarda, üzləri qırışlarda itəcəkdi və mənim başım da hər an yenidən kəsiləcəkdi, elə kəsilən kimi də boynum dünyanın ən iri gözünə, o gözdən axan çay isə dünyanın ən iri çayına, dənizinə çevriləcəkdi.– Canımın harasındasa,

3 dəq
Vətən, odundan doymadım

Dünyanın ən usta tərcüməçilərindən Natiq Səfərovu yanğından xilas edərkən yanmış Natiq Səfərovun xatirəsinə*Bir yol da demədin «Vətən»,

1 dəq
Dünya tarixinin çox qəddar və cılız göründüyü an

Son 70-80 ildə yaxından gördüyüm, tanıdığım, əsl həqiqətlərini eşitdiyim böyük və ya dahi adlandırılan adamların əslində, nə boyda olduqlarını düşündükcə dünya tarixinin çox böyük şəxsiyyətləri, hətta dünya tarixinin özü mənə şox cılız, uydurulmuş və qəddar görünür. Bir sözlə, tarix çox əclaf şeydir.Mən bu sözləri, ölümündən bir neçə il keçsə də, yalnız Natiq Səfərov üçün, onun oxumasından ötrü yazıram, çünki elə bil onun belə bir istəyini hiss eləmiş kimiyəm.

1 dəq

Başqa şairlərin şeirləri