Birdən qəfil çıx qarşıma,birdən qəfil sevgilim ol,dol qəlbimə, dol başıma,son sözüm ol, son gülüm ol.

Birdən yenə sınağa çəkoda, alova tut məni,birdən qəfil sevdiyintəkbirdən qəfil unut məni.

Unut yenə qarşılaşaq,ötək keçək tanımadanməni göstərsin bir uşaq:– Qəmə oxşayır bu adam,Özü də gülməli qəmə.

«Kimə oxşar bu qəm, kimə?!»Dön minillik sevgiylə bax:Bu qəm niyə qəmli deyil,gülməlidi bu qəm, Allah?!

Gülməyi də qəmdən öyrən,həm də min illər sevməyi,min illər hər an unut,hər an yenidən sev məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq