Sevməkdən çox sevilmək istəyir hamı
Sevməkdən çox,sevilmək istəyir hamı,heç olmasa bir quşun,bir uçuşun ürəyindəhamıdan çox sevildiyinbilmək istəyir hamı.
Tam ağıllı adam varmı?!Hamı bir az dəlidi,Ağıl deyilən nəsəelə sevməyə qarşısevməməyin kinidi,ən ağıllı adamlar davallah, billah, ağıllı yox,bir az ağıllı kimidi.
Qəzəbi, nifrəti, kiniyaratmışıq özümüz,Tanrı veribdi sevgini,Şükür elə, sev ki, verib,sevgisində hamıdan çoxgülməli olan adamahamıdan çox sevgi verib,gülməli ol, sev ki, verib.
Axma, ağlama, göz yaşı,sən də, sən də, ay axmaq,sevgi gözləmə sevgiyə,qorxub ağıllanma heç vaxtsevginə gülərlər deyə.
Sev, sevdikcə sevgidən gül,gül, daha çox dəli ol,dəli olduqca ağıllan,ağıllan, daha çox sev,sev, daha çox gülməli ol.
Bil, bil, bu dünyada hər gün,sevib, sevibsevilməmək günüdü,sevilənlər sevənlərçünən gözəl sevgi kolu,sevənlər o kolun üstdəən gözəl sevgi gülüdü.
Axma, ağlama, göz yaşı,göyün sevgi qatındaseviləcəksən axırı,orda Allahın altındasevgi Allahın axarı,orda Allahın altındasevənlər sevilənlərdən,sevgi Allahdan yuxarı.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-sevmekden-cox-sevilmek-isteyir-hami
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Siz ey tərif bülbülləri!Zəhərlənən insanımıza, havamıza,
Anayuvamız, atagöyümüzhəlak olan təbii gözəlliklərimizin xatirəsinə*Nə deməkdi qırmaq meşələrimizi?!
Harda qızıl var, qan iyi gəlir ordanHarda ilan var, qızıl var ordaharda qızıl var, hakimiyyət var orda,
Arağın ayağının altıHərdən araq adamdan güclü olur,hərdən də adam araqdan,
Başqa şairlərin şeirləri · Eşq
Mən öz əski sevgilimi tanıram,O Misirdə qızıllanmış heykəldir.
Əlif-lam“Əlif”dən sürahi alagöz yarım,“Ba” babi cahanda qılmana bənzər.
Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçünDustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçünKim, edər yüz min cəfa hər dəm bana əğyar üçün.
ای کرده متجلی رخت از دیده هر خوبوی حسن و جمال همه خوبان بتو منسوب