Siz ey tərif bülbülləri!Zəhərlənən insanımıza, havamıza,dərmanımıza, davamıza,qoturlaşan meşəmizə tərif deyə-deyə,ürəyimizi, beynimizi yeyə-yeyəsiz gətirmisiniz heyvanlara, ağaclara,almalara, heyvalara, əlaclaraqiyamət gününü.Güldürmək üçündü,öldürmək üçündü yalançı tərif.Tərif tabutdu – uzanır içinə istəklər, haqlar,uzanır içinə tankın da bata bilmədiyiimperiyalar, ölkələr, xalqlar,orda hökmdarlara nərdivantək baxılır,ən çıxılmaz hökmdarlara datəriflə çıxılır,dünyanı yıxan fatehlər dəən sonda təriflə yıxılır.

Bir ağızdan çörəklərinə yalan yaxan şairlər!Kağızdandı siz tökdüyünüztərif heykəllərinin bürüncü?!Bəlkə heç bilmirsiniz,vətənə atılan güllə onun şairinə,onun şerinə dəyməlidi birinci.Vətənin körpə uşaqtək nəfəs alanköməksiz ağaclarına endirilən baltao körpə ağacdan qabaq

dəyməlidi o torpağın şairinin ayağına.Bir ayağıyla dayandıra bilmirsə baltanı,o biri ayağını da qoymalıdı şairo baltanın qabağına,şair ayağına dəyibqırılmalıdı polad balta da.

Ey yalan baltaları!Ey balta sənət!Vətənə xəyanətdən də daha ağır cinayətsizin yazdığınız şer,sizin yazdığınız şər!

Redaktə ilə çap olunub

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən