həlak olan təbii gözəlliklərimizin xatirəsinə

Nə deməkdi qırmaq meşələrimizi?!Qırmaq deməkdi qış vaxtıPəncərələrimizin şüşəsini,ilk addımını gec atması deməkkörpələrimizin,daha çox qəm, kədər, hüzn,daha çox yekəqarınlıq, harınlıq demək.Nə qədər axsaqlığımız varhamısı çayların, çəmənlərin qurumağından,ağacların, meşələrin qırılmağından gəlir.

Meşəsi qırılan,Çəməni, çayı,quruyan torpağınadamları da başlayar qırılmağa, qurumağa,Çəmənlərimiz, çaylarımız quruduqcaquruyur xalılarımız, xalçalarımız.Xalılarımız, xalçalarımız quruduqcaüşüyür divarlarımız.Divarlarımız üşüdükcənə qədər qısılırıq bir-birimizə,amma xeyri olmur, üşüyür ürəklərimiz.ürəklərimiz üşüdükcə üşüyür şerimiz,üşüyür nəğmələrimiz, dilimiz.Adamın üşüməyindəndaha zülüm işdi, baba,onun danışdığı dilin,oxuduğu nəğmənin üşüməyişəhər-şəhər, kənd-kənd, oba-oba

İnsanın guruldayan gülləsi,təbiətin də səssiz silləsi var,beləcə, hər ağacdan qalan bir yetim səsdünyamızda bir yetim uşaq artırar.

Açın pəncərələri! Eşidirsinizmi,uğuldayan, ulayan yetim səsləri,qırılmış meşələrin yerindəo dünyaya keçə bilməkçüngözə görünmədənson nəfəslərini gəzən kəsləri?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar