Xan ceyranın qaçışında,Ən şəhanə uçuşunda,ya alnında, ya döşündəbir ox yeri var, yeri var.

Qalmısan şahlıq atında,Göyün yeddinci qatında,Hər bəyaz telin altındabir ah yeri var, yeri var.

Ən kimsəsiz küçə sənin,Küçə sənin, gecə mənim.Sən bağlayan pəncərəninbir dön bəri bax yeri var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri