Gələcək dünyada dostlarım olacaq M. və R. üçün

Eheyy! Göyün o üzünəkeçib gözlərdən itənlər,bu dünyanı eşqləriyləgözəlləşdirib gedənlər!Ehey! Hardasınız, harda?!

İşdi, onları görsənizburda, ya da o dünyada,ya da o yankı dünyadadənizdə yürüyən, qaçan,göydə sevgidən sevgiyə,ulduzdan ulduza uçan,heç nə sormayın onlardan –Uçurlar haradan hara,necədi onların halı?!O an onlara hər sualolduqları dünyanınən mənasız sualı,Elə mənə də, mənə də!Bir şərab masasınasöykənəntəksöykənib göyüzününbir qırağınaiçirəm eşqdən nəfəssiz,qanadsız uçanlarçünbu yanlarda da ölümünyoxluğunun sağlığına,əlimdə içi ləbələbşərab dolu, eşq dolusevgilimin dikdabanı –yerüzünün, göyüzününən gözəl eşq bakalı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq