Bu dünyadan xəlvət, kəsəQalxaq, sivişək səninlə,min illər, milyon illərgöz-gözə, nəfəs-nəfəsəqalaq, sevişək səninlə.

Bir salxımda min bir gilə,bişə günlə, günəş ilə,bircə biz eşq atəşiləballanaq bişək səninlə.

Sən bal ol, mən bal oğrusu,sən gül ol, mən gül oğrusu,tələmizdə eşq qoxusu,qoxlayaq düşək səninlə.

Tələ də sevgidən deyə,min, milyon illər gələo hələ sevgidən deyə,hey ora düşək səninləbiz – milyon illər aşiqiiki tərs uşaq səninlə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq