Ancaq ulduzlara dəyən qılınc pəncərəsindən olduğutək görünər düşmən
«Ancaq Elçibəyçün» silsiləsindən
A göy, a göy, gördünmüdağmı qılınca dəydi,qılıncmı dağa dəydi,dağmı doğdu iyidi,qılıncmı doğdu iyidi?!
Elə doğulan kimi dəİyid qalxdı qılıncaqılınc iyidin dağı,qılınc iyidin göyüydü,qınılc göydə,iyid qılıncda böyüdü.
Bir gün ulduzlara dəyənQılıncın pəncərəsindənBaxdı, düşməni gördü,hamının ölü bildiyidüşmən diridən diriydi,elə görən kimi dəsəsi özündən qabaq,nəfəsi səsindən qabaqdüşmən üstə yeridi.
O çay nə çaydı, a dağ,o göy nə göydü, a dağ,qanı çaya,çayı da qına dönəno bəy nə bəydi, a dağ.
O, Qılınc bəydi, göylər,ölmədi damcı-damcı,bir də yenidən doğmağaqanı apardı Qılıncı,qını apardı qılıncı.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-ancaq-ulduzlara-deyen-qilinc-penceresinden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyanın ən böyük dilçilərindən Aydını xatırlarkən və indi bulunduğu yerdə sevgilər içində olduğunu duyarkən*Bir baş daşı ardında olsaydın nə
Kipr adası – Türk kamanıYenə üzürəm göyüzündə,Göyüzündə, göyüzünün bir qırağıyla,
Uşaq və çörəkBalaca Toğrul Səxavətə*Torpağın, daşın, buzun üstdə
Diktatorlar düşünürlər ki, dövlətin ancaq bir dik başı ola bilərDiktatorlar düşünürlər ki, dövlətin ancaq bir dik başı ola bilər, qalan dik başlar isə nə dövlətə, nə də o baş yiyəsinə lazımdır.
Başqa şairlərin şeirləri
Əfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
QalmadıTürk deyənin dilçəyini kəsdilər,Haq deyəni tapdalayıb əzdilər,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,