Azadlıqçün ağlayan oğlan,elə azadlıqdı azadlıqçün ağlamağın,azadlıqçün ağladığın andan sən azadsan,xəbərin yoxdu, azadlıq göz yaşıntəkgöyüzündən səssizcə enib sənə,enib dolub gözlərinə.

Azadlıqçün ağlayan oğlan,Kipriklərin qanadlarıdı göz yaşlarının,Göz yaşların kipriklərinləqanadlandığı andansən azadsan, sən qanadlısan,qanadlarını açıb bağlamaq öyrən,quşların ağlamağı da, gülməyi də uçmaqdı,quşlardan gülmək, ağlamaq öyrən,öyrən, ölümün ən böyük azadlıqolduğun öyrən,öyrən, ölümün ən uzağa,ən ucaya uçmaq olduğun öyrən,öyrən, ondan sonra ağlamağınuçmaq olacaq,öyrən, arı çiçəyə qonantək uç qondar ağacına,dar ağacından ölümün balını çək,dar ağacına da uçmaq öyrət,onu da quşa döndər,verin qanad-qanadauçun göyə, girin buluda,uçun suya, girin oda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət