Bu dünyadan gedəndəAllahla aramızagirməsin, heç kim,nə dava-dərman, nə həkim,nə də bir başqa bəndə,qoyun, ancaq Allahla olum,Siz də qorxmayın o anda,Ölüm yoxdu, yoxdu ölüm !

Axı, Allah olan yerdə nə ölüm?!

O an ancaq, ancaqbaşqa bir dünyaya yürüş anı,Allahla təkbətək qalmaq,Allahla görüş anı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq