Heç kim ölməmiş, İlahi, bütün ölülər dipdiri
Bu nə andı verdin, Tanrım,hamını göyüzünündupduru damının üstdəuçan, qaçan görürəm,yerüzündə hamıdan çoxdərd bağlayan adamlarıgöyüzündə hamıdan çoxçiçək açan görürəm.
Görürəm aşağılardadupduru dağı, düzü,bir damla göz yaşı kimidupduru bütün yerüzü.
Görürəm, Tanrım, görürəm,dupduru qəbir daşlarının,dupduru torpağın altdabir evin balalarıtəkyan-yana yatır ölülər,özləri üşüdükcəaçıb öz kəfənləriniyanında yatanlarınüstünü örtür ölülər.
Görürəm, Tanrım, görürəm,hər şey körpə, dupduru,görürəm bu dünyadaheç vaxt heç kəs ölməyib,Bütün ölülər dipdiri!Bütün ölülər dipdiri!
Səni də görürəm, Tanrım,heç özüm də bilmirəm,hardan, haçan görürəm,səni elə hey dünyanıbələkdəki bir körpətəksəssiz, səmirsiz dinləyən,hərdən körpə qollarıylabərk-bərk qucan görürəm,hərdən də elə bələkdəsəssiz uçan görürəm.
Görürəm, Tanrım, görürəm,sən durulardan durusan,körpələrdən körpəsən,üzündə bir damla qəm yox,necə bilirdim eləsən.İlahi, nə yaxşı ki,sən həmişə beləsən,hər an səni sevmək də,səni aldatmaq da asan.Həm də hər an səni sevməkaldatmaqdan daha asan.
İlahi, nə yaxşı ki,dupduru hər şey, hər yan,mən də baxıb duruluram,durulduqca görünmürəm,bu dünyadan yox oluram.
İlahi, nə yaxşı, nə yaxşı,həm insan, həm ruh kimiyəm,həm var, həm yox kimiyəm,bilirəm, Tanrım, bilirəmməni dünyadan insantəkyenə itirirsən niyə,
yeni dünyaya sevgitək,söztək yetirirsən niyə.
Hər gün dərdin çəkdiyinBir bəndən də azalar,bu elə bəndələrə də,Sən Allaha da yaxşıdı.Hə yaxşı, nə yaxşı, Tanrım,var olmaq, yaşamaq söztək,sevgitək daha yaxşıdı.
Bundan sonra heç bir yerəatma məni yenə, bir də,qoy elə beləcə qalım,həm var, həm yoxtək, Tanrım,sənin körpə gözündəkibu dünya dediyimizsonsuz yuxutək, Tanrım.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-hec-kim-olmemis-ilahi-butun-oluler-dipdiri
← → düymələri ilə keçid, R — təsadüfi şeir