Məryəmə və İbrahimoğluna

Vaqif İbrahimoğluna və Məryəm Əlizadəyə

Dua edirəm göyüzünə,Göyüzündən yuxarıyçün də,Göyüzündən aşağıyçün də,Göyüzünün yaraşığından,Həm də öz yaraşığındandəli olan uşağıyçün də.

Dua edirəm o uşağınGöyüzündə yuvasına da,yuvasından yıxılırkəngöydə özündən başqahamıya duasına da.

İlahi, İlahi, Tanrım,Göyüzünün o üzünə də kömək ol,Göyüzünün o üzünün dəGöyə qalxan duasını,enən uşağını qoru,o uşağın üzündə dəoxuduğu son duanınson yaraşığını qoru.

Dua edirəm göyüzününHər an yenidən diz çökübYenidən dənizi öpdüyü yerə,O yerdən göyüzünə keçib

Göyüzünün o üzündə dəsevgi gəzən gəmilərə

Tanrım, Tanrım, İlahi,Göyüzünün o üzündə dəBütün qəmli üzlərin üstdəTanrının sevən üzünü qoru,Sevgiləri, qəmləri gəmilərləGöyüzünün o üzündənbu üzünə də üzdürəngöyüzünün dənizini qoru.

Dua edirəm Sənə, Sənincün də, İlahi,İlahi, bir anda gözünü yumma,verdiyin havadan, verdiyin sudandünyaya daha çox göyüzün gərək,İlahi, bir an da göyünü yumma,İlahi, ammaİnsan duasındanGöyüzünün dəli olan uşağını,Dəli edən yaraşığını gizlət,Göyüzündə sevgi gəzən gəmiləri,Həm də özünü gizlət, özünü qoru,Hamının bir üzünü işlət bu dünyaya,sənə üz tutmağa, dua etməyəhamının, hamının bir üzünü qoru.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq