Uşaq və çörək
Balaca Toğrul Səxavətə
Torpağın, daşın, buzun üstdəÇörək qırığı gördün,Öp qoy gözün üstə,Qaldır gözündən yuxarı,gördüyün göyüzünəcəndi gözün,qaldır göyüzündən yuxarı.
Qaldır! Bu da haqlar içində bir haqdı-Haqqı ayaqlar altındanTanrı yanına qaldırmaqdı!
Qaldır! Bir də görərsəno balaca çörək qırığıəl uzadıb qaldırır səni,sən də əkinçi ilk sünbülü öpəntəkəvvəl öp çörəyin əlini,sonra nə qədər qaldırır qalx,amma qalxma çörəkdən yuxarı.
Mən görürəm uşaq necə əyilib,necə qaldırır çörəyi yerdən, qaldırır necə,Biçinçi də eləcəendirir orağı torpağa sarı,sonra qaldırır özündən yuxarı.
Bir gün də zəmini tapdayıb keçmək istəyəndüşmən atlılarının kəsər, biçər yollarını,dərz bağlayantək bircə-bircəbağlayar atlıların da, atların da qollarını.
O biçinçinin gücündəndı-bu gün qılıncımız başımız üstündədi,çörəyimiz ondan da yuxarı.
Qaldırın çörəyi qaldıran uşağı,o uşaq biçinçidi, oraqdı,oraqlardan yuxarı oraq,o uşaq bayraqdı,bayraqlardan yuxarı bayraq.Endirin bütün bayraqları,Qaldırın bayraqlardan yuxarı bayrağı-çörək qaldıran uşağı!
Buğda dənləridi ulduzlar,Ulduz dərzidi günəş,milyon illər dalğalanan bir zəmidi göyüzü,dalğalanır, küləyi yoxdu,bu dünyanın bayraqdan yuxarı bayrağı var,çörəkdən yuxarı çörəyi yoxdu.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-usaq-ve-corek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yerüzündən Kainata top, tank nəriltiləri, mərmi, mina, bomba gurultuları ucalmaqdadır. Onların altında səssiz minalar: – «De məni sevirsən», – «Mən səni cocuqtək sevirəm», «yenə de», – «mən səni cocuq anasına qısılıb anasının qucağında itəntək sevirəm», – «Yenə, yenə de» – «Mən sənin qoynuna qısılıb qoynunda, boynuna dolanıb boynunda, ulduzuna, ayına, dolanıb ulduzunda, ayında itmək istəyirəm» – «yenə, yenə de!»Ehey! Kainatın o başındakılar! Gurultunuzu da, nəriltinizi də eşidirəm. Deyəsən, məni sevdiyinizi qışqırırsınız, mən də, mən də sizi sevirəm. Sizi sevirəm, sizə sarı uçuram, sizə sarı uçuram.
Tanrım, bütün kainatda hamını hamıya sevdirTanrım, bütün kainatda hamını hamıya sevdir, həm də hamı hamını sevdirsin, hamı bu dünyaya sevgi yuvasına girəntək girsin, üzü heç gülməyənlərin də üzü gülsün, ən çox sevdirənlər ən çox sevilənlərdən olsun, İlahi.Tanrım, hamını ilkin yaratdığıntək
AllahaVətənə – ancaq Ruhdan Bədənə,düşmən oxun haqlamağa
Boş görünən bu yer əslində, boş deyilBoş görünən bu yer əslində, boş deyil, gündüz görünməyən ulduzlarla dolu göyüzü kimidir – Allahın qəlbindəki hələ gəlib bizə çatmamış İlahi Sözün – İlahi Şeirin varlığına kiçicik bir işarədir.O Sözün – Şeirin varlığını duymadan səhifəni çevirsək də çevirməmiş kimi olacağıq.