İlk sevgi andı – ilk qanad andı
Hər gün neçə-neçə lələyi qanada çevirib dünyaya uçurdan Fikriyyə – Aşkiyyə xanıma
– Səs salma, ay qağayı!Bax! Bax! Dağ yatır, düz yatır,dalğa yatır, dəniz yatır,balıq yatır, yosun yatır,hərə öz yuxusun yatır,kim özünə çəkə-çəkəqucaqlayıb dizin yatır,kim atıb əl-ayağınıözündən enli, yekə,özündən uzun yatır.
– Körpələr tapşırıb mənə,körpə balıqlar, yosunlar,ləpələr tapşırıb mənəoxşayıb oyadam gərəkonları bir-bir, tək-tək,oxşayıb oyadam gərəkyatıb qalan bələkləri,gözü yumuq qanadları,gözü yumuq lələkləri.
– Axşam oldu, ay qağayı,bəs indi niyə beləSəsin tutub yeri, göyü?!
– Ulduzlar tapşırıb mənə,axşam oyadıb onlarıtez göndərim göyüzünə,
ay özü tapşırıb mənə,oxşayıb oyadam gərəkay işığından qurulanneçə sevgi qəsrini,neçə eşq qalasını,bir-birinə qanad açıbilk qanad andı içənneçə aslan balasını,neçə dovşan balasını.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-ilk-sevgi-andi-ilk-qanad-andi
← → düymələri ilə keçid, R — təsadüfi şeir