Oktyabr inqilabının 60 illiyinə*
Mən yıxılmış bir ölkənin uçuğu,sevinci, hətta qəmi də alınmışbir məmləkətin çocuğu,sənin altmışını gördüm,canımda bütün alınmışların,atılmışların əzabı,ancaq sən mənim altmışımıgörə bilməyəcəksən,ey lovğa Oktyabr inqilabı.
1977
Sovet dönəmində yazdığım bəzi şeirlər boş hay-küyə səbəb olub ümumi fikri başqa istiqamətə yönəldəcəyi, əsas ruhi məqamlardan yayındıracağı üçün o şeirlərdən hələlik saralmış vərəqlərdə bir qədər də gözləmələrini xahiş etməli oldum. Yazıların altında bu qeydləri verməkdə məqsəd antisovet, disident obrazı yaratmaq deyil, sadəcə o dövrün mənzərəsini göstərməkdir.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-oktyabr-inqilabinin-60-illiyine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ürəyimin ən qanadlı göyündənmin illərdi dünyaya
Sevgiİlahi hamını həm qul, həm də sultan ola bilmək üçün yaradır. Yazıq o kəslərə, yaradılışın, Allahın əksinə gedib ancaq qul olmağın yolunu tuturlar.Bu dünyada şah, sultan ola bilməsən də, qəm çəkmə, Sevginin şahı, sultanı olmaq şansın həmişə var. Lap yetmişində, yüzündə də:
Səni niyə belə sevdimSəni niyə belə sevdim,belə istədim niyə,
Gəl, bir də sevim səni yupyumru bir eşqiləSevir kimsə kimsənibir kimsənin üstünə,