Tanrım, O kimdi gedir hey,hay vermir dosta, tanışagedir, gedir üzü göyə,göylə danışa-danışa.

Tanrım, kimi görür göydə,Tanrım, kimlə danışır O?!Bəlkə ruhumuzu görür,ruhlar candan çıxan andanbizimlə danışır O?

Durmur, durmur, gedir yenəson dağı aşantək aşıryerüzündən göyüzünə,«Ya Rəsulallah» – deyironu yola salan dağlar,onu yola salmaqçüngöyə dikələn çaylar,«Ya Rəsulallah» – deyironu qarşılayan göylər,O dayanmır, gedir yenə,aşır bizə görünməyənbaşqa bir göyüzünə.

O bütün Kainataeşqnur yayır aytək, güntək,Tanrım, O daha görünmür,indi O ancaq duyulur,bilinməz olur Sənintək.

Bu dağları bir zamanlargöyüzünün son qatından

aşağıya çəkdiyintəkTanrım, o Ruhunuru,o İlahinur elçisinbir daha görmək üçünbu göyü də aşağı çək.

– Bir gün bir an gələcəkbu göy də o dağlartəkaşağıya çəkiləcək,keçir indi ordan da O,sənin heç vaxt duymadığınbaşqa göyə baxa-baxa,ordan da başqa dünyanınayı kimi çıxa-çıxa,günü kimi doğa-doğa.

Orda da, orda da,«Ya Rəsulallah» – deyir aylar,«Ya Rəsulallah» – deyir günlər,«Ya Rəsulallah» – deyir göylər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq