Qanadlı adamdan yadigar göz yaşı
Ömrü uzunu xəbəri olmadı qanadlarından,Böyrünə yapışan qanadlarınıbir dəfə də aça bilmədi, uça bilmədi.Ayağında qandalı da vardı,ayağındakı qandaldan xəbəri vardı ancaq.
Uşaqkən sevindioyuncaqlarını alan uşaqların sevincinə.Böyüdü, hər küçədə, hər tindəhər dində adamlar aldatdı onu,sevindi, sevindi yenə.Ancaq onun hər şeyə sevinməyinədünya dözə bilmədi daha,Axırda sevinməyi qadağan elədilər ona-,O da başladı özgə dərdinə ağlamağa,çox ağlaya bilmədi ancaq,dərd o qədər çoxudu dünyada,gücü yetmədi gücünə,yıxıldı bir göz yaşının küncünə.
Ölmüşdü, amma hələ diriydi gözləri,Gözlərindən axıb tökülürdü yaşlarayağındakı qandalın üstünə,damla-damla əridirdi yaşlar qandalı,qandal əridikcə açılırdı qanadları.
İndi bir damla göz yaşı durarbu dünyanın ortasındauçub qalxan o adamdan yadigar.Kim baxarsa o göz yaşınaçıyinlərində öz qanadlarını görər,ayaqlarında öz qandalını.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-qanadli-adamdan-yadigar-goz-yasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəmin üzündəsən hələ,Qəmin dibinə düşmə.
Nə qədər aşiqi oxutmadılarBir eşqli gecə var, keçilməz, könül,durub qəm çəkincə, get, ara, barı,
Nə yaxşı tanış olmadıq ondaNə yaxşı tanış olmadıq onda,Tanış olub sevişmədik nə yaxşı,
Qönçə qadın barmaqlarıyla yandırılmış qönçə şamQönçə qadın barmaqlarıylayandırılmış qönçə şam sevmək istəyir.
Başqa şairlərin şeirləri
تا ابد هرگز نخواهیم آمد از مستی بهوش
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Mən Qarabağçün yaşadımElə zənn eyləmə ki, tək yaşamaqçün yaşadım,Mən elin dərdini gizlin daşımaqçün yaşadım.
Qəzəl: Şanənin qəsdi nədir çəkməz əlin birçəkdənŞanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən