Qəmin üzündəsən hələ,Qəmin dibinə düşmə.Büzüşmə, balaca qadın,onsuz da balacasan, büzüşmə!

Balaca bəlalar qoruyurböyük bəlalardan yeri, göyü,Bilmirəm nədəndi ancaqbalaca qadınlara düşür həmişəbəlaların ən böyüyü.

Balaca bir qadın yaşarbir uzaq yalanımda,hara getsəm, neyləsəm,yenə günahkaram yanında.

Nə deyim illərə?! Yəqin indiüzünü illər naxışlayıb,rast olsaq qəfilbaxışları qoymaz «Bağışla» deməyə,heç özü də bilməz niyə,Bəlkə də öz-özünə deyər:– Günah nədi?!

Mən də bilmirəm. Bəlkə də günahsevgini öldürməyə bir bəhanədi.İnsafın olsun, qəmin dibinə düşmə,Büzüşmə, balaca qadın,onsuz da balacasan, büzüşmə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri