Qəmə ancaq qəmtək baxma,qəmtək baxanlar yıxılır,bir qəm yüzünü yıxır,qəm əydikcə üzünü –göz yaşı kipriyini,kipriyi gözünü yıxır.

Yığıram qəm üstə qəmi,qəm qəm üstdə alır dəmi,batırram qəmə qələmi,qəm qalxır qələmimi,enir sözümü yıxır.

Dizin-dizin qəm iziyləötüşür dizim dizimlə,qəmim gedir göyüzüylə,Elə bilir yazıq, elə,Tanrının əmri, izniyləTanrının özünü yıxır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri