Min illər məndə üzən gəmi
Bu dünyadan bezə-bezə,bir gün də bezib bu candan,özümü atdım dənizə.Can nə gəzir boğulmağa?!Bu can başdan ayağaqəmmiş, sevincimiş ancaq,sevincim üzmüş sahilə,qəmim incimiş ancaq.
Qəmim kəm, dolmayıb, azmış,bu qəm bu canda az gəzmiş,day küsməsin, inciməsin,dursun doyunca gəzməyə,Bağışla, gec duydum, Tanrım,bu can deyilmiş, dənizmiş,bu qəm də sənin gəminmiş –min illər məndə üzməyə.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-min-iller-mende-uzen-gemi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir eşqli gecə var, keçilməz, könül,durub qəm çəkincə, get, ara, barı,
Nə yaxşı tanış olmadıq ondaNə yaxşı tanış olmadıq onda,Tanış olub sevişmədik nə yaxşı,
Qönçə qadın barmaqlarıyla yandırılmış qönçə şamQönçə qadın barmaqlarıylayandırılmış qönçə şam sevmək istəyir.
Yıxılmamısansa ay işığının üstünəQoy öldüyümüz yerdə ölək,dirildiyimiz yerdə dirilək,