Nə qədər aşiqi oxutmadılar
Bir eşqli gecə var, keçilməz, könül,durub qəm çəkincə, get, ara, barı,düzülüb gecəyə qəmli gözləriərköyün, ağlağan gitaraların.
Adamlar isnişər biri-birinə,Könüllər tək qalmaz, nəğmələr yalqız,yerdə də, göydə də hər şey sevişər,bir gitara oğlan, bir gitara qız.
Hər sevgi sözünə bir çıraq yanar,Nəğmələr söndükcə sönər çıraqlar.Hər nəğmə içindən ayrılıqlaraSaçları dağınıq bir gözəl çıxar.O an hər nəğmədən bir dəli oğlanqaçar bir ünvansız qatara kimiAlıb küləklərdən bir qız teliniBasar sinəsinə gitara kimi:– Göz yumub açınca keçər bu dünya,Göz yumub açınca keçər bu gecə,Hər şey, hər şey göz yumub açınca!Göz yumub açınca mən səni sevdim,Göz yumub açınca səni unutdum,qapama, qapama kipriklərinigöz yumub açınca bitəcək dünya,əl-ələ, göz-gözə durmasaq bu ancanımdan sürüşüb itəcək dünya.
Tanrım, nə tez bitdi! İlahi, nə tez!Qurtardı son inad, sonuncu tövbə,Göz yumub açınca keçdi bu dünya,Nə qədər aşiqi oxutmadılar,Nə qədər qəribə çatmadı növbə.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-ne-qeder-asiqi-oxutmadilar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gələcək dünyada dostlarım olacaq M. və R. üçün*Eheyy! Göyün o üzünə
Eşqdən civildəyən hər şey "ancaq məni sev" deyirmi?Hər şey boz-bulanıq, lil,hər şey can ağrısı yenə,
Biz də, biz də itək bir-birimizdəSiz də, siz də,axın, itin bir-birinizdə,
Dünyanın son göyüzündən sevginin son göyüzünəBir an da dayanmadan, durmadanözünü göyüzünün görünməz qayasından atan
Başqa şairlərin şeirləri · Eşq
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Yaralı yollarMən çoxdan tanışam sizinlə, çoxdan,Mənə doğmasınız oralı yollar!
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,