Mən çoxdan tanışam sizinlə, çoxdan,Mənə doğmasınız oralı yollar!Burda başdan-başa güldür, çiçəkdir,Siz dərdli yollardan aralı yollar.

Sizi bu sevdiyim qoca dünyadaBir günüm olmur ki, salmayım yada.Sinənizdən keçən yolçuların da,Keçir ömrü, günü qaralı, yollar!

Mənə uzun illər deyir ki, ürək –“Sevənlər ümidsiz olmasın gərək”.Bir gün birləşəcək şübhəsiz, gerçək,Oralı yollarla buralı yollar.

Məni danlamasın hər yoldan ötən,Bir vahid millət var, bir vahid vətən.Gərək yaranızı mən sağaldam, mən,Yadlar tapdağından yaralı yollar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq