Yenə hər ilkitək Şüvəlandayam,Əkdiyim ağaclar qocalır məntək.Deyirlər: – Bununçun qəm yeməz adam,Onlar qocaldıqca ucalır səntək.Xoşuma gəlsə də bu sözlər mənim,Hər yaş çağrılmamış qonaqtək gəlir.Sınaq dəryasından şeir yelkənimYenə zəfər çalmış bayraqtək gəlir.Hər gün eşidirəm xoş sözlər, hər gün,Dayağım öz vətən şeirlərimdir.Yaşımı azaltmaq deyildir mümkün,Təsəllim gəncləşən şeirlərimdir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri