Qan qardaşıma

Uzaqdan-uzağa görürəm ki, mənGözlərindən axan qandır, yaş deyil,Səndə uzun illər işgəncələrə,Əzablara dözən candır, daş deyil.

Od tutub alışan bu şair könülSənin dərdlərinə biganə deyil.Orda yasxanasız bir ev görmürəmÖmrü qaragünlü yeganə deyil.

Ordan qan, əsarət qoxusu gəlir,Sözüm həqiqətdir, əfsanə deyil.Doğru söz yasaqdır, şadlıq yasaqdır,Məgər bütün ölkə qəmxanə deyil?

Başı qara gündən qartək ağaranAnalar ağ günçün övlad doğurlar.Behiştin açarı boyunlarındaQırılır cəbhədə bədbəxt oğullar.

Sizin bu dözülməz faciənizəÜrəyi yanmayan heç insan deyil.Gecələr Təbrizin məzarlığındaKim deyir ağlayan Süleyman deyil?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri