Qəmi eşqə çevirməyəməni bütöv yola saldın,dönürəm para, torpağım,bir param şeirə getdi,bir param uçmağa, göyə,bir param yara, torpağım.

Bu daşın, otun altına,Sən verən adın altına,çəkdiyin dərdin içindənçəkdiyin dərdin altınaenirəm, qara torpağım.

Qəbrim pəncərəymiş göyə,kim gələr açıb örtməyə?!o anda uçub getməyəsıçrayar dura torpağım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri