Çox çətin işdi,Həm də gülməlidi ölmək-qaçanda çənən güləntəkçənəni haqlayan gərək,ya bir salxım, ya bir giləyetişməmiş göz yaşınagöz verib ağlayan gərək.

Qəlbində itən üzlərin ,uzun kiprik dənizlərin,eşqə kəniz xanımların,həm də xanım kənizlərinkipriklərin öpə-öpəgözlərin bağlayan gərək.

Ağlarsan səpilər canın,Göz yaşı dənlər dörd yanın,sənsiz qalan,dənsiz qalan bu dünyanıgözlərinin gilələrinsonuncu iki dənitəkyem verib saxlayan gərək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri