– Üzün, gözün körpə-körpə,dalğa-dalğa, ləpə-ləpəqırışlarla doludu– Qırış deyil ki, onlargülüşlərin cığırı,göz yaşının yoludu.– Axır gülüşün axır,axır, axırgülüşün altdan göz yaşı.– Gülüşün çaydı, axı,göz yaşın da çay daşı.– Axır, axır gülüşündən,göz yaşından işıq axır,– Çünkü gülüşün, göz yaşınqarışıb qarışıq axır.– Bax! Bax! Üzün son gülüşə,gözün son yaşa qalıb.– Daha gülmə, ağlama ha!Gülüşün, göz yaşın ancaqöləcəyin son günə –son toya, son yasa qalıb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri