Sevsən, sevənə dəyməzsən, qara torpaq,sevginən sevginə dönüm,bir də qoynuna girmərəm,sən gəl gir qoynuma mənim.

Qara qız ol, qara torpaq,ol, dəlin olum sənin,Gir qoynuma, tək məni sev,Son sevgilin,Son ölün olum sənin.

Gir qoynuma, dol canıma,Tapmasın heç bir ölkə,Heç bir məzhəb, din səni,Gecə-gündüz öpə-öpə,Sən cucərdən güldən gözəlCanımdan cücərdim səni.

Bir də tökülmə gözümə,Tökülmə üstümə bir də,qara gız ol, qara torpaq,ol, elə sevim ki, səniheç kimi istəmə bir də.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq