O gözəl oğul, o solğun nur,Bir də, bir də çətin doğulur.– Çoxdan getmişdin, xan oğul,Canım, ciyərim oğul,özün gəldin, qürbətdə qaldı adın,hardaydın, çağırdım qayıtmadın.– Ömür nədi ki, xanım ana,Bugünkü qocadı dünənki çağa.Elə bil yanındaydım,yatmışdım, qıymırdın oyatmağa.– Ömür yuxularınən uzunudu, sultanım oğul,– Ölümdü yuxuların ən uzunu,Canım, sultanım ana.Yollar gəldim yoruldum.Qoy bəlalı başımıqoyum qara torpağına.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri