Yenə qəlbim tüstülədi,eşq hər şeyi üstələdi,yenə göy məni istədi, –qəlbindən bir Şam göndərdi,

uçdu, endi,qondu mənə Şamım yenə,özü qalxdı bir qanadla,o birini verdi mənə.

Mən də uçdum tək qanadla,uçub tək qanadı oldumeşqdən dəli bir axşamın,Mən sənə çata bilməzdim,Xaqanım, Sultanım, Şahım,qanadımı tutdum oda,canımı tutdum eşqə,yanıb sənə çatdım, Şamım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq